Əsas Səhifə > Dünya > Ukrayna hələ nə qədər SAVAŞMALIDIR?
Ukrayna hələ nə qədər SAVAŞMALIDIR?25-02-2023, 08:56 |
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin bir illiyinin nəticələrini qısa olaraq belə qeyd etmək olar: heç bir tərəfin istəyi baş tutmadı; - Rusiya qısa müddətdə qələbə qazanmağı planlaşdırsa da, ciddi müqavimətlə üzləşdi və son bir ildə işğal edilən ərazilərlə müqayisədə hərbi və iqtisadi-siyasi zərəri itirən tərəf olduğunu göstərir; - Qərb sanksiyalarla Rusiyanı çökdürə, Putini devirə bilmədi; Ötən bir ildə məğlub tərəf Rusiya, itirən Ukrayna, əsas qazanan isə ABŞ-dır, xüsusilə Avropa cəbhəsində yenidən önə çıxması fonunda. Müharibənin taleyinə siyasi baxımdan iki amilin təsirə edə biləcəyi görünür: - Qərbin vahid mövqeyinin davam edib-etməməsi; - Çinin Rusiyadan tərəf olub-olmaması: Pekin döyüş meydanındakı nəticələrə uyğun mövqe sərgiləcək; Və təbii ki, Putinin devrilməsi, yaxud oyundankənar vəziyyətə düşə biləcəyi situsiyanın yaranması halı da təsiredici amildir. Ümumilikdə, müharibənin uzunmüddətli olacağı görünür, bu, hətta dünyanı yeni “soyuq müharibə”yə aparana qədər davam edə bilər. Asif Nərimanlı - DİA.AZ Geri qayıt |