Əsas Səhifə > Dünya > Davudoğlu Suriya üçün dünyaya səsləndi

Davudoğlu Suriya üçün dünyaya səsləndi


21-01-2014, 09:12
Davudoğlu Suriya üçün dünyaya səsləndi
Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu, "Suriyada sözün bitdiyini bu gün bir daha yenidən gördük. XXI əsrin ən böyük qırğınına bundan artıq səssiz qalmaq olmaz" deyib.

Suriyada Bəəs rejimi tərəfindən həyata keçirilən müharibə cinayətlərini sənədləşdirən hesabatların yayımlanmasından sonra Əəsədə qarşı reaksiyalar daha da kəskinləşib. Əhməd Davudoğlu da yaşanan bu utanc insanlıq dramına görə sərt reaksiya göstərib.

ANS PRESS-in Türkiyə mediasına istinadən məlumatına görə, Davudoğlu şəxsi "Twitter" səhifəsində etdiyi açıqlamada "Dərhal hərəkətə keçilməlidir" deyib.

Sözün bitdiyi yerdəyik deyə sözlərinə başlayan Davudoğlu, "Suriyada qanı dayandıracaq bir keçid mərhələsini qısa zamanda başlamaq və həm Suriyanı, həm də insanlığı bu əliqanlı rejimdən qurtarmaq ilk hədəfimiz olmalıdır. Bu insanlıq cinayətinə ortaq olanlar və baş verənlərə səssiz qalanlar bir gün tarix və insanlıq vicdanı qarşısında məhkum olacaqlar".

Geri qayıt