Əsas Səhifə > Dünya > Berlinlə Varşava arasında fikir ayrılığı: Dərinləşən mübahisə nə vəd edir?

Berlinlə Varşava arasında fikir ayrılığı: Dərinləşən mübahisə nə vəd edir?


6-03-2023, 08:08
Berlinlə Varşava arasında fikir ayrılığı: Dərinləşən mübahisə nə vəd edir?
Almaniya və Polşa arasında Ukraynaya silah tədarükü məsələsi ilə bağlı mübahisə yaranıb. Bu barədə “Bloomberg” yazıb. Məlumatda qeyd olunub ki, bu, NATO ölkələrinin Kiyev qoşunlarını təchiz etmək üçün birgə səylərinə zərbə vura bilər.

“Ukrayna Prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarından tədarükləri sürətləndirməyi xahiş edir, lakin Varşava və Berlin nümayəndələri arasında mübahisələr buna mane olur”, - məqalədə bildirilib.

Məqalə müəllifi qeyd edir ki, fikir ayrılığı həm də Polşanın Ukraynaya “Leopard” tanklarını göndərməkdən imtina edən Almaniyaya qarşı ittihamları ilə sübut olunur.

“Tankların göndərilməsi ilə bağlı razılıqdan sonra sonra Varşava Berlini ittiham etməyə başladı ki, bu tankların köhnə modelləri üçün ehtiyat hissələri yoxdur və onlar Kiyevə tədarük edilməlidir”, - məqalədə bildirilib.

Vurğulanıb ki, ölkələr arasında mübahisələrin digər mövzusu təzminat məsələsidir: “Belə ki, ötən il Polşanın hakim “Hüquq və Ədalət” Partiyasının rəhbəri Yaroslav Kaçinski Almaniyadan müharibə zamanı polyaklara dəymiş ziyana görə 1,3 trilyon dollar təzminat tələb etmişdi. Alman səlahiyyətliləri Polşanın bu tələbini yerinə yetirməkdən imtina edir, zərərin artıq ödənildiyini izah edirlər.

“Blomberg”in bu məlumatını şərh edən xarici ekspertlər bildirirlər ki, bu, Qərbdə fikir ayrılığını dərinləşdirə bilər. Almaniyanın konkret qərarının olmasına baxmayaraq, ölkədəki müəyyən siyasi qüvvələrin Ukraynaya silah tədarükündə tərəddüdlü fikirlərinin olduğunu bildirən analitiklər hesab edirlər ki, təcili olaraq Berlinlə Varşava arasındakı fikir ayrılıqları kollektiv Qərbin maraqları baxımından uzlaşmalıdır.
//AYNA//
Geri qayıt