Əsas Səhifə > Dünya > ABŞ-Rusiya HƏRBİ TOQQUŞMASI... nə qədər realdır?

ABŞ-Rusiya HƏRBİ TOQQUŞMASI... nə qədər realdır?


15-03-2023, 09:26
ABŞ-Rusiya HƏRBİ TOQQUŞMASI... nə qədər realdır?
Həyəcanlanmağa əsas yoxdur.
Rusiyanın iki "Su-27" qırıcı təyyarəsinin Qara dəniz üzərində ABŞ-nin "MQ-9 Reaper" pilotsuz təyyarəsi ilə toqquşması iki güc arasında birbaşa hərbi eskalasiyaya səbəb olmayacaq.
Artıq hər iki dövlət qarşılıqlı şəkildə informasiya əməliyyatlarını elə qururlar ki, bir-birlərinə qarşı kəskin ittihamlar olmasın.
ABŞ-nin rəsmi məlumatı: Rusiyanın iki qırıcısı pilotsuz aparata dəyib və hər iki təyyarə qəzaya uğrayıb. Nəticədə pilotsuz təyyarə itib.
Rusiyanın məlumatı: Pilotsuz təyyarə kəskin manevr nəticəsində qəzaya uğrayıb.
Hadisədən sonra tərəflər bir-birinə qarşı hibrid müharibə üçün yeni elementlər qazanacaq.
Hissə qapılmaq lazım deyil, bu insident Ukraynadakı müharibə fonunda adi qısaqapanma idi.

Aqşin Kərimov - DİA.AZ

Geri qayıt