Əsas Səhifə > Dünya, Güney Press > Ukrayna Belorusiyanın yolunu gedir

Ukrayna Belorusiyanın yolunu gedir


23-01-2014, 10:03
Ukrayna Belorusiyanın yolunu gedir
Əgər milisin nümayişçilərə odlu silahdan atəş açması təsdiqlənərsə, Avropa İttifaqı Ukrayna ilə rəsmi münasibətləri kəsə bilər. Bu barədə Avropa Parlamentinin vitse-prezidenti Yatsek Protaseviç bəyan edib. Trend-in məlumatına görə, xəbəri BBC-nin Ukrayna xidmətinə istinadən "UNİAN" agentliyi yayıb.
Onun sözlərinə görə, Ukraynadan daxil olan xəbərlər insanı şoka salır: "Bundan sonra biz Ukrayna ilə əvvəlki münasibəti saxlaya bilmərik".
O qeyd edib ki, əgər milisin nümayişçilərə odlu silahdan atəş açdığı doğrudursa, onda Ukrayna ilə Aİ-nin münasibətləri köklü şəkildə dəyişəcək.
Avropa Parlamentinin vitse-prezidenti deyib: "Ukrayna ilə dialoq təhlükə altındadır və bu gün dayandırıla bilər". Daha sonra diplomat əlavə edib: "Küçələrdəki qan hər şeyi dəyişdirir".

Geri qayıt