Əsas Səhifə > Dünya > Putin haqda həbs qərarını hansı məhkəmə verib?

Putin haqda həbs qərarını hansı məhkəmə verib?


18-03-2023, 07:58
Putin haqda həbs qərarını hansı  məhkəmə verib?
Beynəlxalq Ədalət Məhkəməsi (ona Dünya Məhkəməsi də deyirlər) Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanıdır. Qərargahı Niderlandın Haaqa şəhərindəki yerləşir.1946-cı ildə fəaliyyətə başlayıb. Rusiya Prezidenti Vladimir Putin haqda qərarı Beynəlxalq Ədalət Məhkəməsi yox, Haaqada yerləşən və 2002-ci ildə yaranan Beynəlxalq Cinayət Məhkəməsi verib. Bunlar fərqli şeydir...
Məsələn, 2022-ci ilin martında Beynəlxalq Ədalət Məhkəməsi Rusiyanın Ukraynaya hücumunu müzakirə edib. O vaxt, elə indi də Beynəlxalq Ədalət Məhkəmənin vitse-prezidenti Rusiya vətəndaşı olan erməni əsilli Kirill Gevorgian (1953) olub. O, Rusiyanın Ukraynada genosid törətməsi ilə bağlı müzakirələrə etiraz edib. Beynəlxalq Ədalət Məhkəməsində Çini təmsil edən Xue Hanqin də bu məsələyə qarşı çıxıb. Qüvvələr nisbəti 13-2 kimi qeydə alınıb. Yeri gəlmişkən, Beynəlxalq Ədalət Məhkəməsinin sədri 1957-ci il doğumlu amerikalı hüquqşünas xanım Joan Donoghue-dır. O, 2021-ci ildən bu vəzifəni icra edir. Mustafası budur ki, Qərb belə bir qərarı Beynəlxalq Ədalət Məhkəməsində qəbul etdirə bilməzdi. Ona görə də fərqli gediş ediblər...
Beynəlxalq Cinayət Məhkəməsi də Qərbin əlində oyuncaq olan bir təşkilatdır. Bu məhkəmə də BMT-yə bağlıdır. Niyə oyuncaq deyirəm? Bu məhkəmə Yuqoslaviyanın parçalanması ilə bağlı Qərbə lazım olan qərarlar çıxarıb. Rusiyanın Balkanlardakı nüfuzunu heçə endirmək üçün Serbiyanı xüsusi qəddarlıqla ittiham edib.
Beynəlxalq Cinayət Məhkəməsi Runadada törədilmiş genosidi də araşdırıb. Bəllidir ki, Rundada genosidin törədilməsində Fransa xüsusi fəallıq göstərib. Ancaq bu məhkəmə Fransanı nəyinki ittiham, heç məzəmmət edən bir qərar da çıxarmayıb...
2021-ci ildən etibarən bu məhkəməyə polşalı Piotr Hofmański rəhbərlik edir...

Elbəyi Həsənli - DİA.AZ

Geri qayıt