Əsas Səhifə > Dünya > Ərdoğanın qazanması bizim üçün NİYƏ VACİBDİR...
Ərdoğanın qazanması bizim üçün NİYƏ VACİBDİR...22-03-2023, 11:02 |
DİA.AZ: - "Rusiya Çin müttəfiqliyində qeyri-adi nə isə müşahidə etmədim. Zatən onlar arasinda bu müttəfiqlik əvvəllər də olub. Çin inkişaf etmiş dövlət kimi, öz maraqlarina uyğun addimlar atır". DİA.AZ bildirir ki, bunu açıqlamasında hərbi-siyasi ekspert Rövşən Məhərrəmov qeyd edib. Daha sonra ekspert bildirib: "Silahlanmaya gəldikdə, Ukraina ekspertlərinin bildirdiyinə görə ,döyüş meydaninda Çin mərmilərinin rusiya tərəfindən istifadə olunmasi fakti var. Hesab edirəm ki, Çin ədər Rusiyaya hərbi yardim edərsə, ABŞ və Qərb ölkələri o halda ,Çinə də sanksiyalar tətbiq edə bilərlər. Əlbətdə o halda ABŞ və Qərb də iqtisadi cəhətdən daha böyük böhran yaşaya bilər. Bu faktdir. Əgər Çin,Rusiya, Hindistan və İran iqtisadi ittifaq yaratsalar, o halda o dövlətlərə tətbiq olmuş sanksiyalarin təsiri qismən aradan qaldirilacaq. Məhz Rusiyanin gösdərdiyi cəhdlər ondan ibarətdir ki, belə bir ittifaq rəsmən yaradilsin. Dünyada böyük siyasi,iqtisadi, hərbi böhrani yaşayiriq və bilmirik bu böhranlarin son nəticəsinin nə zaman bitəcəyini. Bəzi ekspertlər bildirirlər ki, Rusiya-Ukrayna müharibəsi 2023-cü ilin sonuna qədər bitəcək. Lakin mən hesab edirəm ki, müharibə uzanacaq və dəqiq proqnozlaşdirmaq mümkünsüzdür. ABŞ-da qarşidan seçkilər gəlir və kimin prizident seçilməsini də bilmirik ki, kim ağ evə rəhbərlik edəcək, demokratlarmi yoxsa respublikaçilarmi. O da vacibdir. ABŞ-in daxilində də müəyyən problemlər yaşanir və gərginlik də gündən günə artmaqda davam edir. Bizim regiyonmuzda da gərginlik var. Azərbaycan-Ermənistan toqquşmasi hər an baş verə bilər. Rusiyya əlindən gələni edir ki, qafqazda daim gərginlik balansi saxlanilsin. Qardaş Türkiyədə seçkilər olacaq, kimin qələbə çalacağini da bu gün proqnozlaşdirmaqda çətinlik çəkirəm. O seçkilərin də nəticələri ölkəmiz üçün önəm kəsb edir. Əlbətdə Türkiyənin qafqazda öz maraqlari var. Türkiyə siradan bir ölkə deyil. Türkiyə NATO -nun üzvüdür. Türkiyənin qafqazda yer almasi, NATO-nun qafqazda olmasi deməkdir. Rəcəb Təyyub Ərdoğanın prezident seçilməsi ilk növbədə Azərbaycan üçün cox böyük önəm daşıyır. Ərdoğan hökuməti dünyada söz sahibidir və sərbəst öz siyasətini yürüdür. Onun seçilməsi Azərbaycan üçün mühümdür". Geri qayıt |