Əsas Səhifə > Dünya, Güney Press > Ermənistan-Türkiyə sərhədi: Təxribatın arxasında kim dayanır?

Ermənistan-Türkiyə sərhədi: Təxribatın arxasında kim dayanır?


22-03-2023, 16:48
Ermənistan-Türkiyə sərhədi: Təxribatın arxasında kim dayanır?
Ermənistana məxsus qırıcı Türkiyə ilə sərhəddə patrul uçuşu keçirir.

Bu barədə İran mənbələri məlumat yayıb.

Ehtimal edilir ki, Türkiyə tərəfdən də sərhəd yaxınlığında hərəkətlənmə var.

İranın bu məlumatların yayılmasında marağı nədir? Ermənistan bu addımı ilə nəyə çalışır?

dia-az.life-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İran bu mövqeyilə çalışır ki, münasibətlərdəki böhran davam etsin:

"Ermənistan tərəfindən Türkiyə sərhəddində qırıcı qaldırması Türkiyə-Etmənistan münasibətlərinin normallaşmasına bir zərbədir. Ermənistan tərəfi destruktiv addımlarını atır, Türkiyə ilə başlanan normallaşma danışıqlarında maraqlı olmadığını göstərir.Təbii ki, İran tərəfi də bundan məmnundur və çalışır ki, Türkiyə-Ermənistan əlaqələri zədələnsin, Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalanmasın. İran bu mövqeyilə çalışır ki, münasibətlərdəki böhran davam etsin. Düşünürəm ki, bu qırıcı İran tərəfi üçün kəşfiyyat məlumatlarının toplanılmasında da istifadə edilə bilər.Ümumiyyətlə, Ermənistanın Türkiyəyə qarşı hərbi əzələ nümayiş etdirməsi də mümkün deyil. Hətta deyərdim ki, Ermənistanın bu addımı öz əleyhinə çeviriləcək".

Onun sözlərinə görə, bu prosesdə İran qədər Fransanın da rolu var:

"Düşünürəm ki, proseslərin davamı olaraq, burada Fransanın da rolu ola bilər. Çünki Fransa-Türkiyə əlaqələri böhran durumundadır. Fransa Cənubi Qafqaza girməklə birbaşa Türkiyənin də geosiyasi mövqelərini zəiflətməyə çalışır. Hesab edirəm ki, bu prosesdə İran qədər Fransanın da rolu var. Əlbəttə, Türkiyə buna cavab verməlidir. Çünki Ermənistandan istənilən təxribatlar da ola bilər".

Geri qayıt