Əsas Səhifə > Dünya > "III Çarlz, gilyotinin nə olduğunu bilirsinizmi?"
"III Çarlz, gilyotinin nə olduğunu bilirsinizmi?"26-03-2023, 08:15 |
Emmanuel Makronunun yeritdiyi siyasət əleyhinə iğtişaşçılar törədənlər “Krala ölüm” şüarları səsləndirdiyinə görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralının xaricə ilk rəsmi səfəri baş tutmadı. "III Çarlz, gilyotinin ( bədənin boyun nahiyəsindən üzülməsi ilə icra olunmuş edam üsulunda istifadə edilən alət) nə olduğunu bilirsinizmi?" kimi hədələr öz işini gördü... Fransa niyə od içindədir? Çünki Emmanuel Makron hökuməti Fransada təqaüd yaşını 62-dən 64-ə qaldırmaq istəyir. Deyim ki, bu, bütövlükdə Qərbin problemidir. Niyə? Çünki əhali sürətlə qocalır. Gənc nəsil isə yaşlılara nisbətdə azlıqdadır. Yəni gənc azlıq yaşlı çoxluğun maddi təminatını həyata keçirməkdə çətinlik çəkir. Ona görə də Qərb ölkələri gənc mühacirlərə oturum verməkdə maraqlıdır. Niyə? Çünki Qərbdə dünyaya gələnlərin sayı dünyadan gedənlərin sayından kəskin şəkildə azdır... Azərbaycanda da təqaüd yaşını artırmaq istəyirlər. Bizdə əhalinin sürətlə yaşlanması prosesi getmir. Yəni Qərbi bu kimi addımlara sövq edən amil Azərbaycanda mövcud deyil. Ancaq Azərbaycan hökuməti süni şəkildə yaşlı insanların daha gec təqaüdə çıxmasına nail olmaqla dövlətin onlara verdiyi simvolik xarakterli təqaüdü də kəsməyə çalışır... Elbəyi Həsənli - DİA. AZ Geri qayıt |