Əsas Səhifə > Dünya > Rusiya Ukrayna müharibəsi ucbatından Hindistana silah satışını kəskin şəkildə azaldıb
Rusiya Ukrayna müharibəsi ucbatından Hindistana silah satışını kəskin şəkildə azaldıb27-03-2023, 15:32 |
Hindistan Hərbi Hava Qüvvələri bildirir ki, Rusiya Ukrayna müharibəsi səbəbindən Hindistana silah tədarükünü təmin edə bilmir. Bu məsələ ilə bağlı “CNN” geniş reportaj hazırlayıb. Deyilir ki, davam edən ən böyük tədarük Hindistanın 2018-ci ildə Rusiyadan 5,4 milyard dollara aldığı S-400 Triumf hava hücumundan müdafiə sistemləridir. “Reuters” xəbər verir ki, bu sistemlərdən üçü Hindistana təhvil verilib, daha ikisi isə təhvil verilməlidir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Rusiya dünyanın ikinci ən böyük silah ixracatçısıdır. 2017-2022-ci illər arasında Hindistanın Rusiyadan idxal etdiyi hərbi malların həcmi 62%-dən 45%-ə enib. Buna baxmayaraq, Rusiya Hindistanın ən böyük silah tədarükçüsü olaraq qalır. Keçən sentyabr ayında ABŞ Dövlət Departamentinin rəsmisi Vaşinqtonun Hindistanla Rusiyanın silah və enerjisindən asılılığı ilə bağlı “dərin” danışıqlar apardığını söylədi. Rəsmi şəxs Nyu-Yorkda jurnalistlərə bildirdi ki, Rusiya “artıq etibarlı silah təchizatçısı deyil” və Hindistan nümayəndələri “onlar üçün (digər bazarları tapmaqda) real faydalar ola biləcəyini başa düşürlər”... Elbəyi HƏSƏNLİ - DİA.AZ Geri qayıt |