Əsas Səhifə > Dünya > `Demokratiyanın beşiyi` də YIRĞALANIR...

`Demokratiyanın beşiyi` də YIRĞALANIR...


31-03-2023, 09:51
`Demokratiyanın beşiyi` də YIRĞALANIR...
Artıq seçki kampaniyasına başlamış ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı ittihamlar irəli sürülüb. Ola bilsin ki, tezliklə həbs də edəcəklər.
CNN-in hökümət daxili mənbələrə istinadən verdiyi məlumata görə, Nyu-York məhkəməsinin andlılar heyətinin ittiham aktına əsasən, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 30-dan çox biznes dələduzluğunda ittiham olunur.
İttihamı irəli sürmək üçün təşəbbüslərə “keçən həftə Respublikaçıların arasında keçirilən sorğu, həmçinin Reytersin paralel keçirdiyi sorğu təkan verib.
Sorğuya görə, hətta Respublikaçılar Partiyasının üzvləri arasında təxminən 44% hesab edib ki, Trampa rəsmi ittiham irəli sürülsə, seçkidən çəkilməlidir.
Yəni , “müstəqil” ABŞ məhkəməsi qərar verməzdən əvvəl Trampın partiya üzvlərinin də nəbzini yoxlayıb , dirənişin olub , olmayacağını öyrənib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı irəli sürülən ittihamların tarixin ən yüksək səviyyədə siyasi təqib və seçki müdaxiləsi olduğunu bildirib.
"Bu, tarixin ən yüksək səviyyədə siyasi təqib və seçki müdaxiləsidir" dedi.
Tramp Manhetten prokurorunu Nyu-Yorkda qətllər və digər cinayətlərlə mübarizə aparmaq əvəzinə, hazırkı prezident Co Baydenin adından “çirkli iş” görməkdə ittiham edib.
Nyu-Yorkun böyük andlılar heyəti ABŞ-ın keçmiş prezidenti Donald Trampa porno ulduz Stormi Danielsə pul ödəməsi işində ittiham edilməsinə səs verib.
CNN özü yazır ki, bu, ABŞ hüquq tarixində ilk presidentdir ki, mübahisəli tərəflərinin razılaşdığı, həll etdiyi məsələdə məhkəmə üçüncü , maraqlı tərəf qismində çıxış edir.
Bu günlərdə “Demokratiya Forumu” keçirən Bayden , Demokratların əsas rəqibinə qarşı təqibə elə forum günlərində start verir.
ABŞ-ın dünyaya demokratiya hədiyyəsidir

Yeganə Hacıyeva - DİA.AZ

Geri qayıt