Əsas Səhifə > Dünya > NATO-nun genişlənməsi və Ukrayna üçün müsbət perspektiv

NATO-nun genişlənməsi və Ukrayna üçün müsbət perspektiv


6-04-2023, 07:53
NATO-nun genişlənməsi və Ukrayna üçün müsbət perspektiv
Aprelin 4-də Finlandiya NATO-ya üzv oldu. Amma bu hadisənin Ukraynadakı müharibənin gedişinə birbaşa təsir edəcəyini düşünmürəm. Əlbəttə ki, Rusiya isteriyaya davam edəcək və Finlandiyanı təhdid edəcək, lakin çox güman ki, heç kim buna əhəmiyyət verməyəcək. Rusiya onun sərhədlərində yaranmış yeni geosiyasi reallıqları nəzərə almağa məcbur olacaq. O cümlədən öz qoşunlarının bir hissəsini bu sərhədlərə göndərəcək. Ancaq Rusiya Federasiyası əslində heç kimin onlara hücum etməyəcəyini başa düşdüyündən, bu, bir növ kütləvi yerləşdirmə ola bilməz.

İkincisi, NATO qoşunlarını “yeni” sərhəddə olsa da, Rusiya hələ qoşunlarının çatışmazlığı səbəbindən buna reaksiya verməyəcək. Çünki Rusiya hazırda bütün diqqətini Ukraynaya qarşı müharibəyə cəmləyib, bu məsələ işğalçı ölkə üçün əsas məsələdir. Ona görə də Finlandiyanın NATO üzvlüyü hazırda taktiki və strateji baxımdan müharibənin gedişatına təsir etməyəcək.

Lakin gec-tez Rusiya Şimali Atlantika Alyansının genişlənməsinə cavab vermək məcburiyyətində qalacaq. Bu, müəyyən dərəcədə silahlanma yarışına gətirib çıxaracaq. Və Rusiyaya bəzi əlavə təsir rıçaqlarına sahib olmaq üçün NATO ölkələri Ukraynanın hərbi-texniki gücünü artıracaq.

Yeri gəlmişkən, biz artıq bunun ilk nəticələrini hiss edirik - Ukrayna-NATO Komissiyasının aprelin 4-də keçirilən iclasının nəticələrinə görə, Alyans tərəfindən Ukraynaya dəstək veriləcək.

Daha bir sual: Finlandiyanın və İsveçin NATO-ya daxil olması Ukraynanın inteqrasiya perspektivlərinə necə təsir edəcək?

Bizim üçün birinci məsələ belə bir presedentin meydana çıxmasıdır. Bu, Alyansın əvvəlki genişlənməsindən, yəni çox uzun fasilədən sonra ölkələrin qəbul edilməsi ilə bağlı ilk haldır. Bu o deməkdir ki, NATO genişlənməkdə davam edir. Yəni genişlənmə məsələsində Alyansın içərisində konsensus var.

Həmçinin müsbət amillər arasında Finlandiyanın NATO-da olması da var - bu, üstəgəl Ukraynanın Alyansa daxil olmasına dəstək üçün daha bir səsdir. İsveçin NATO-ya qəbulu da dəstəyimizi gücləndirəcək. Yəni ki, gələcəkdə Ukrayna onların təcrübəsinə istinad edə biləcək.

Yeri gəlmişkən, Rusiya Federasiyası ilə həmsərhəd olan bu ölkələr (Finlandiyanın quru, İsveçin daha çox dəniz sərhədi var) Alyansa qəbul edildi və NATO-nun bu genişlənməsi Rusiyanın hərbi təcavüzü fonunda əsas strateji rəqib kimi tanınır.

Aydındır ki, bundan sonra inteqrasiyamızı uzun müddətə təxirə salmaq cəhdi olarsa, NATO-nun hərəkətləri bir qədər qeyri-adekvat görünəcək. Ona görə də, fikrimcə, Finlandiya və İsveçin daxil olması Ukraynanın NATO-ya inteqrasiyasının sürətlənməsinə təsir edəcək.

Digər mühüm nüans Finlandiya və İsveç ordularının NATO standartlarına tam uyğunluğudur. Hərbi baxımdan bu ölkələr üçün heç bir sual yox idi. Buna diqqət yetirilməlidir, çünki gələn ilə qədər Ukrayna ordusu da demək olar ki, tamamilə NATO standartlarına keçəcək. Bu o deməkdir ki, biz bundan sonrakı inteqrasiyamızın xeyrinə arqument kimi istifadə edə biləcəyik. Əgər hərbi-texniki baxımdan bizə qarşı iddialar olmasa, biz çox asanlıqla Alyans sıralarına daxil ola bilərik.

Qeyd etmək lazımdır ki, Ukraynanın qəbulu, əslində, presedentə çevrilə bilər, lakin bu, NATO-ya lazım olan presedent ola bilər. Fakt budur ki, biz bu gün Alyansın maraqlı olduğu böyük döyüşə hazır qüvvəyik. Eyni zamanda, kiçik orduları olan və yalnız ABŞ-ın dəstəyinə və nüvə çətirinə arxalana bilən kiçik ölkələr maraqlıdır. İndi isə strateji düşmənlə mübarizədə döyüş təcrübəsi olan böyük və təlim keçmiş ordusu olan ölkəni “dost kimi” əldə edə biləcəklər.

Müəllif: İqor Reyteroviç - siyasi elmlər namizədi, politoloq
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.
Geri qayıt