Əsas Səhifə > Dünya > Rusiya Ermənistandan aldığı süd məhsullarına niyə qadağa qoyub?

Rusiya Ermənistandan aldığı süd məhsullarına niyə qadağa qoyub?


11-04-2023, 10:10
Rusiya Ermənistandan aldığı süd məhsullarına niyə qadağa qoyub?
Rusiya hökuməti Ermənistandan aldığı keyfiyyətsiz və insan həyatı təhlükəli hesab edilən süd və süd məhsullarının idxalına qadağa qoyub. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) karantin nəzarəti zamanı Ermənistandan tədarük edilən həmin malların tərkibində müxtəlif bakteriya və virusların olmasını aşkar ediblər. “Rosselxoznadzor” yaydığı məlumatda bildirilir ki, Ermənistanın süd emalı müəssisələrində 2023-cü il martın 20-dən 24-dək aparılan yoxlamanın nəticələri martın 31-də Ermənistan baytarlıq xidmətinin diqqətinə çatdırılıb və aprelin 5-dən Rusiyaya süd məhsullarının sertifikatlaşdırılmasının və idxalının dayandırılması xəbərdar olunub. istinad

RF bildirir ki, Ermənistanda süd emalı müəssisələrinin fəaliyyətinə dövlət baytarlıq nəzarəti yoxdur və keyfiyyətsiz və təhlükəli məhsulların ixracı insanların həyatı üçün risk yaradır. Sitat : “Son aylarda Ermənistandan idxal olunan süd və süd məhsullarının tədarükünün artması mövcud şübhələri meydana çıxarıb və finosanitar nəzarəti zamanı həmin məhsulların keyfiyyətsiz olmasını göstərir. Ermənistanın süd emalı müəssisələrinin istehsal üçün xammal komponentlərini İran İslam Respublikasından gətirir və həmin xammaldan istifadə “Rosselxoznadzor” tərəfindən qadağan edilib. Aşkar edilmiş pozuntuların xarakteri süd emalı müəssisələrinin fəaliyyətinə Ermənistanın dövlət baytarlıq xidməti tərəfindən lazımi nəzarətin olmamasından xəbər verir və bu səbəbdən keyfiyyətsiz və təhlükəli məhsulların ölkəyə idxalı riskli hesab edilir”. istinad

Rusiya Ermənistandan aldığı süd məhsullarına niyə qadağa qoyub?

Rusiya Federasiyası bundan əvvəl də bir neçə dəfə Ermənistan hökumətinə südün tərkibinin qatışıqlar olması barədə xəbərdarlıqlar edib. 2 ildir ki “Rosselxoznadzor” erməni şirkətlərini İrandan idxal olunan xammaldan istifadəni dayandırmağa çağırır, lakin heç bir tədbir görülmür. Bu azmış kimi Ermənistanın süd emalı müəssisələri İran xammalını Ermənistan brendi ilə Rusiya Federasiyasına ixrac edir. RF artıq vəziyyətin dözülməz olmasını nəzərə alaraq idxala tam qadağan qoyub. mənbə

Faktı Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinin rəsmisi də təsdiqləyib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anuş Arutunyan bildirib ki, aprelin 5-dən qüvvəyə minmiş qadağalar Ermənistanın süd məhsulları istehsal edən bütün müəssisələrində idxala məhdudiyyətlər qoyub və tələb çox ciddidir. mənbə

Rusiya Ermənistandan aldığı süd məhsullarına niyə qadağa qoyub?

Ermənistanın Qida Müfəttişliyi bununla belə erməni süd zavodlarının istehsal və emal zəncirinin qanunvericilik bazasına uyğun olduğunu israr edərək Rusiya tərəfinin narazılıqlarının anlaşılmaz olduğunu bildirir. Anuş Arutyunyanın sözlərinə görə, nöqsanlar aşkar edilsə də,əslində, süd məhsullarının tərkibində qida təhlükəsizliyinə, insanların həyat və ya sağlamlığına təhlükə yaradan heç bir maddə aşkar edilməyib. Sitat: ”Ermənistanın öz bazarında da eyni xammaldan hazırlanmış süd məhsulları satılır. Əgər bu xammal Ermənistana gətirilirsə və onun əsasında süd məhsulları istehsal edilir və satılırsa həmin süd məhsulları başqa ölkəyə də ixrac oluna bilər. Əgər Rusiya İran xammalına qadağa qoyulmasını istəyirsə, niyə erməni şirkətləri bu məhdudiyyətə əməl etməlidir?”. istinad

Pipoyan hesab edir ki, Rusiyanın mesajında bəzi anlaşılmazlıqlar da var, ​​məhsulun keyfiyyəti ilə bağlı şübhələr varsa, konkret olaraq əvvəlcədən xəbərdarlıq edilməlidir və hansı şirkətin məhsulu olması aydınlaşdırılmalıdır və Ermənistan buna uyğun adım atmalıdır. Ancaq Rusiya ümumi şəkildə Ermənistanın bütün süd emalı müəssisələrini nəzərdə tutur.

Rusiya Ermənistandan aldığı süd məhsullarına niyə qadağa qoyub?

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan da ikibaşlı danışıb. O, məsələyə münasibət bildirərkən yaranmış problemin siyasi konteksdə yozulmasının düzgün olmadığını bildirsə də, süd emalı müəssisələrinin istehsal standartlarını pozmasına inanmadığını deyib. Nazir məhsul istehsalında İrandan gətirilən xammala üstünlük verildiyini etiraf edərək, bununla yanaşı, başqa idxal xammalına, o cümlədən quru süd (süd tozu) amilinə də geniş yer verildiyini bildirib. “Niyə İran xammalından istifadə olunur” sualına isə nazir cavab belə verib ki, erməni istehsalçıları xammal və avadanlıq idxal edərkən gömrük imtiyazlarından istifadə edirlər. İrandan gətirilən xammal komponentləri sərfəli olduğundan buna üstünlük verilir. mənbə

Rusiya Ermənistandan aldığı süd məhsullarına niyə qadağa qoyub?

Ermənistanda 50-dən çox süd emalı və süd istehsalı müəssisəsi fəaliyyət göstərir. Onların arasında “Arba Riteyl”, “Aştarak Kat”, “Dustr”, “Ani”, “Marianna”, “Bonilat”, “Yeremyan Products”, “Soya İst”, “Gaudaorigin”, “Norma Kat” və kimi şirkətlər yerli və xarici bazarlarda “məşhurdur”.

Erməni şirkətləri təbii süddən məhsul istehsalının həm baha başa gəlməsini, həm də lazımi qədər süd ehtiyatının olmamasını nəzərə alaraq asan yolu seçir, xammal komponentlərini İrandan gətirirlər. Çünki yerli istehsal üçün komponentlər ümumi istehsal sənayesinin 25-30 faizini təşkil edir. Buna görə də həmin emal komponentlərinin ən azı 60 faizini İran təmin edir. İqtisadiyyat naziri V.Kerobyanın açıqlamasından da görmək olar Ermənistanın süd müəssisələrinin istehsalında idxal olunmuş qatışıq tozları və inqriyendlərdən istifadə edilir. mənbə

Beləliklə, süd zavodları nişasta və qarışıqlardan ibarət qeyri-orqanik məhsul emalı sayəsində yaxşı gəlir əldə edirlər. Son illərdə Rusiya bazarlarına ixracın artması da bu hiyləgər və asan yolun sayəsində mümkün olub. Bu faktın özü təsdiq edir ki, Ermənistan yeyinti sənayesinə aid malların, o cümlədən süd məhsullarının ixracının artması İrandan alınan qarışıq və keyfiyyətiz xammaldan istehsal edilən malların hesabınadır.

Rusiya Ermənistandan aldığı süd məhsullarına niyə qadağa qoyub?

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti 2 dekabr 2022-ci il tarixindən etibarən 032543 nömrəli qərarla “Marianna” müəssisəsinin məhsullarının sertifikatını ləğv edib. Bu şirkət Rusiya bazarında süd satışında ilk yerlərdən birini tutur. (mənbə) “Marianna”nın baş mühasibi Hayk Melkonyan bildirib ki, Rusiyanın ixraca qadağa qoymasının səbəbi İrandan alınan xammaldan istifadə ilə bağlıdır. Mühasib bildirib ki, müəssisə İrandan həm də qaymaq idxal edir və emal edərək kərə yağı hazırladıqdan sonra Rusiyaya göndərir. mənbə

Bundan başqa, “Rosselxoznadzor” 28.03.2023-cü il tarixli qərarı ilə Ermənistanın “Yerevan Cat” MMC və “Tranzit LLC”nin süd məhsullarının tədarükünü dayandırıb. Martın 31-də isə Federal Xidmət Ermənistan Baytarlıq Xidmətinə müraciət edərək 04.05.2023-cü il tarixdən etibarən bütün süd tədarükçülərinin sertifikatı ləğv edilərək ixracı dayandırılıb.

Rusiya Ermənistandan aldığı süd məhsullarına niyə qadağa qoyub?

Rusiya tərəfinin aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün Ermənistan qarşısında qoyduğu tələblər çox ciddidir və süd məhsullarının tədarükünün bərpası məhz həmin tələblərin yerinə yetirilib-yetirilməməsindən sonra bəlli olacaq. Ermənistanın Qida Müfəttişliyinin rəsmisinin fikirlərindən belə qənaət yaranır ki, müəssisələr İran xammalından asılı olduğundan, xammalın dayandırılması zavodların işinə təsir edə bilər. Belə halda Ermənistan ya Rusiyanın tələb etdiyi normalara uyğun məhsul hazrlamaq üçün başqa xammal bazarları axtarmalı, ya da İrana güvənərək Rusiyaya ixracdan imtina etməlidir.
//faktyoxla.az//
Geri qayıt