Əsas Səhifə > Dünya > “The İndependent” Ərdoğanın ikinci turda qalib gələ biləcəyini istisna etmir
“The İndependent” Ərdoğanın ikinci turda qalib gələ biləcəyini istisna etmir12-04-2023, 21:04 |
“Dövlət çevrilişi edənlərə və qlobal imperialistlərə qarşı ayağa qalxan millətimizlə birlikdə türk əsrinin qapısını açmaq üçün buradayıq”, Ədalət və İnkişaf Partiyasının (AKP) minlərlə tərəfdarı qarşısında çıxış edən tayyib ərdoğan belə deyib. Britaniyanın “The İndependent” qəzeti belə yazır. Əksər Qərb media orqanları kimi Britaniya nəşri də cənab Ərdoğan haqqında mənfi münasibətdə olduğunu aşıq şəkildə büruzə verir. Qəzet yazır ki, Türkiyə prezidenti uzun müddətdir ki seçkilər üzrə davamlı ustalıq nümayiş etdirir. O, nadir hallarda səsvermədə uduzub. Mayın 14-də heç bir namizəd səs çoxluğu qazana bilməsə, 28 May seçkisində (ikinci turda) ona prezident seçilmək üçün demək olar ki, zəmanət verən güclü dəstək bazasına malikdir... Britaniya nəşri yazır ki, Metropoll sorğu mərkəzinin açıqlamasına görə, respondentlərin yüzdə 42,6-sı Kılıçdaroğluna, 41,1-i prezidentə, qalanları isə digər iki namizədə səs verəcəklərini və ya qərarsız olduğunu bildirib. Deyim ki, bu həm də o deməkdir ki, seçkinin birinci turunda qalib olmayacaq. İkinci turda isə “The İndependent”in də etiraf etdiyi kimi, cənab Ərdoğanın şansı çox yüksəkdir. Qəzet bildirir ki, millətçi və populist çıxışlar ona rəğbəti artırır... Bir məqamı da deyim: 10-15 gün əvvəl Kılçdaroğlu 10-12 faiz səs çoxluğu ilə cənab Ərdoğanı qabaqlayırdı. Getdikcə bu üstünlük əriyib getdi. Yaxın günlərdə əks prosesin başlayacağı qaçılmazdır. Yəni cənab Ərdoğana dəstək verənlərin sayı artacaq. Ancaq Tayyib Ərdoğanın birinci turdan qalib çıxacağı ehtimalı o qədər də yüksək deyil... Elbəyi HSƏNLİ - DİA.AZ Geri qayıt |