Əsas Səhifə > Dünya > Rusiyanı faşist Almaniyasından fərqləndirən nədir?

Rusiyanı faşist Almaniyasından fərqləndirən nədir?


1-05-2023, 06:08
Rusiyanı faşist Almaniyasından fərqləndirən nədir?
Uman ən nüfuzlu yəhudi dini icmalarından biri üçün müqəddəs yerdir. Ona görə də təbii ki, Rusiyanın raket atəşi nəticəsində dinc əhalinin həlak olduğu Uman faciəsi İsraildə rezonans doğurmalıdır. Lakin İsrailin hazırkı rəhbərliyindən avtomatik reaksiya gözləməyə dəyməz.

Birincisi, həm əvvəlki rəhbərlik, həm də İsrailin indiki rəhbərliyi Rusiya ilə Ukrayna arasında müharibəyə münasibətdə bitərəfdir. Bu, xüsusilə, İsraildə Sovet İttifaqından və postsovet məkanından Rusiya mediasının rəhbər tutduğu böyük bir mühacir icmasının olması ilə bağlıdır. Ona görə yox ki, onlar Rusiyanın və müharibənin tərəfdarlarıdırlar, sadəcə Rusiyanın informasiya sahəsinin təsiri altındadırlar. Onlar mədəni, mental olaraq Rusiyaya daha yaxındırlar. İsrail icmasının daha bir hissəsi Ukraynanı dəstəkləyir. Yəni insanlar fərqlidir və müxtəlif İsrail liderləri cəmiyyətdə tarazlığı saxlamağa çalışırlar.

İkincisi, indi İsraildə mürəkkəb, ziddiyyətli daxili siyasi vəziyyət, daxili problemlər var. Üçüncüsü, şəxsi münasibətlər kimi amillər meydana çıxır. Belə ki, İsrailin hazırkı Baş naziri Netanyahunun Rusiya Prezidenti Vladimir Putinlə uzun müddətdir şəxsi münasibəti var.

Lakin İsraildaxili vəziyyətin təsiri altında olan Netanyahu belə, Rusiya-Ukrayna müharibəsinin dəhşətlərinin və amerikalıların təsiri altında tənqidi bəyanatlar vermək məcburiyyətində qaldı. Hətta İsrailin Ukraynaya kömək edəcəyini bəyan etməyə məcbur oldu. Eybi yox, qoy hərbi yolla olmasa da, humanitar, iqtisadi yardımlar olsun. Və müxtəlif mənbələrə nəzər salsaq, yardımların artdığı qənaətinə gələ bilərik.



Eyni zamanda, fikrimcə, ictimaiyyət, xüsusən də İsrailin Hasidik icması indi öz sözünü deməlidir. Məhz onlar uca səslə Rusiyanın dinc əhalini atəşə tutduğunu, Rusiyanın heç bir dini dəyərə, o cümlədən İsrail dini icmalarından birinin dəyərlərinə hörmət etmədiyini söyləməlidir. Axı ruslar Umanın yəhudi xalqının əhəmiyyətli bir hissəsi üçün hansı əhəmiyyətə malik olduğunu bilməyə bilməzlər. Və cavab almadan Rusiya getdikcə həm yəhudiliyin müqəddəs yerlərinə, həm də bir dövlət olaraq İsrailə hörmətsizlik nümayiş etdirir.

Üstəlik, Rusiya təkcə hörmətsizlik etmir, faşist Almaniyasının üsulları ilə hərəkət edir. Hitler və Putin arasındakı bənzətmə artıq Ukraynada adi hala çevrilib, İsraildə isə belə qəbul edilmir. Ona görə də israillilər bu mövzunu qaldırmalı, ona diqqət yetirməlidirlər.

Digər mühüm mövzu terror mövzusudur. Umanda dinc əhalinin ölümü birbaşa terrordur. İsraillilər belə şeyləri yaxşı bilirlər, raket hücumlarının nə olduğunu anlayırlar. Fələstinlilərin israillilərə etdiyini ruslar da ukraynalılara qarşı edir. Amma biz nəinki müasir raket, hətta nüvə silahına malik olan dövlətdən əziyyət çəkirik.

Fələstin terrorçuları və faşist Almaniyasının üsulları ilə bənzətməklə Rusiyanın hərəkətləri İsrail ictimaiyyəti vasitəsilə İsrail hakimiyyətinə xatırladılmalıdır. Məhz cəmiyyət öz hökumətinə Rusiyanın etdiklərinin qəbuledilməz olduğu barədə sərt və birbaşa siqnallar göndərməlidir, bu müharibədə Ukraynanı dəstəkləməlidir.

Bəli, burada sürətli rezonans gözləmək lazım deyil. Diplomatlarımızın müvafiq bəyanatlar verməsi bir şeydir, lakin İsrail ictimaiyyətinin fikrinin daha çox təsiri olacaq. İsrail hökumətini başa düşməyə məcbur etmək lazımdır: aprelin 28-də Umanda baş vermiş faciənin dəhşətləri İsrailə birbaşa təsir edir.

Müəllif: Vladimir Fesenko - politoloq, Penta Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.
Geri qayıt