Əsas Səhifə > Dünya > “Putin varsa, Rusiya var, Putin yoxdursa, Rusiya da yoxdur” tezisi işə salındı

“Putin varsa, Rusiya var, Putin yoxdursa, Rusiya da yoxdur” tezisi işə salındı


5-05-2023, 06:05
“Putin varsa, Rusiya var, Putin yoxdursa, Rusiya da yoxdur” tezisi işə salındı
Kreml Kiyevin iki pilotsuz uçan aparatla Kremlə zərbə endirmək cəhdi barədə məlumat yayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dərhal bəyan edib ki, Vladimir Putin hücum zamanı Kremldə olmayıb və xəsarət almayıb. Ardınca Rusiya tərəfi bəyan edib ki, “lazım bildiyi kimi cavab vermək hüququnu” özündə saxlayır.

Hazırda Rusiya Federasiyasının bu təxribatı Rusiyanın daxili auditoriyası üçün oyun kimi görünür. Təbliğatçılar bu hadisədən istifadə edərək əhalini səfərbər etməyə çalışacaqlar ki, insanlar Ukraynaya qarşı müharibəyə getsinlər. Necə ki, bu barədə deyilir, səfərbərlik davam edir.

Putinə sui-qəsd elan edilməsi onun reytinqini yüksəltmək cəhdindən başqa bir şey deyil. Məlumat belə təqdim edilir ki, Putin təhlükə altında olub, lakin o, xəsarət almayıb. Guya ki, Putin bunlara mətanətlə dayanır. Bundan əlavə, son iki ildə Rusiya Federasiyasında bir tezis üstünlük təşkil edir: “Putin varsa, Rusiya var, Putin yoxdursa, Rusiya da yoxdur”.

Beləliklə, indi Putinin heç nədən qorxmadığını, lakin bu hücumun məhz ona qarşı yönəldiyini göstərməyə çalışırlar. Yəni bütün bunlar səfərbərlik məqsədi ilə edilir. Nəticə verəcəkmi, inanmıram.

Aydındır ki, Rusiya imicini itirir. Rusiya vətəndaşları hakimiyyəti daha çox tənqid etməyə başladılar. Hava hücumundan müdafiə, ordunun oğurlanmış pulları, Kremlin müdafiəsinə cavabdeh olanlar və sair haqqında soruşurlar. Artıq Rusiya hakimiyyətinin mühüm, hətta kardinal qərarlar qəbul etmədən Ukrayna ilə müharibəyə davam edib-etməyəcəyi haqda danışılır.

Bununla belə, Kremldəkilər onlar heç bir kardinal qərar qəbul edə bilmirlər, çünki mexanizmləri, resursları və alətləri yoxdur. Nüvə silahının istifadəsi ilə bağlı standart nağıl isə artıq işləmir. Bunun Kiyevin hücumu olması ilə bağlı ittihamlara Ukraynanın reaksiyası isə bəllidir.

Düşünürəm ki, konkret bu nağılda rusların səfərbər olmasının səbəblərini görmək çətindir. Dronların “müqəddəs” bir yerə - Qırmızı Meydana hücum etməsi kifayət qədər dar auditoriya üçün işləyəcək. Söhbət radikallardan və Putinin əlaltılarından gedir. Ancaq hər kəs üçün Kremlin üzərindəki dronlar Rusiya Federasiyasının vəziyyətdən necə çıxacağı bilinməyən bir işə girdiyini göstərən siqnaldır. Məklumdur ki, bu, Rusiya hökumətinin nüfuzuna güclü zərbə vurmuş oldu.

Birincisi, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri pilotsuz uçan aparatı “gözdən qaçırıb”. İkincisi, Rusiya hakimiyyəti öz imkansızlıqlarını Ukraynaya qarşı ittihamlarla örtmək istəyir. Axı əvvəllər hamıya deyirdilər ki, Ukrayna ordusu artıq üç dəfə məhv edilib. Lakin məlum olub ki, Kiyev pilotsuz təyyarələri Kremlin damını yandırıb.

Bəs Ukrayna pilotsuz təyyarəsi Kremlə çata bilərmi? Əlbəttə, mümkündür. Şübhə yoxdur ki, bizim dronlarımız orada uça bilər. Engelə çatırsa, son həftələrdə Moskva vilayətində bir neçə pilotsuz təyyarə tapılırsa, PUA-nın asanlıqla Kremlə çata biləcəyi aydındır. Üstəlik, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Danilovun rusların mayın 9-dan əvvəl Qırmızı Meydanda sürprizlə qarşılaşacaqları barədə bəyanatını xatırlaya bilərik.

Maraqlıdır ki, bütün bunlar məhz Prezident Zelenski Finlandiyaya - NATO-ya daxil olan bir ölkəyə gedəndə baş verir. Mənə elə gəlir ki, bu, müəyyən dərəcədə tərəfdaşlara göstərir ki, biz sona qədər mübarizə aparacağıq və ərazilərimizi azad edənə qədər belə addımlara hazırıq.

Müəllif: İqor Reyteroviç - siyasi elmlər namizədi, politoloq
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.
Geri qayıt