Əsas Səhifə > Dünya > Ankara-İrəvan xəttində GƏRGİNLİK
Ankara-İrəvan xəttində GƏRGİNLİK7-05-2023, 02:14 |
Azərbaycan-Ermənistan danışıqları fonunda Ankara-İrəvan xəttində də gərginlik var: Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb, hətta Paşinyanın Çexiya səfəri zamanı da hava yolu verilməyib; rəsmi Ankara daha sərt addımların atıla biləcəyi xəbərdarlığını edir; İrəvanda “Nemezis” (türk diplomatlarını qətlə yetirən terrorçular) adibəsinin qoyulmasından sonra başlanan bu gərginliyin arxasında Türkiyə-Ermənistan münasibətləri ilə yanaşı, Bakı-İrəvan sülh danışıqlarını da əhatə edən nüanslar var. Paşinyan bildirir ki, abidənin qoyulmasından xəbərləri yoxdur və bu addım yanlışdır. Erməni baş nazirin yalan danışdığı bəllidir, abidə İrəvan meriyasında hakim komandanın təşəbbüsü ilə qoyulub. Abidənin qoyulması, daha sonra Nikolun bu addımı tənqid etməsi İrəvanın Ankara qarşısında “geri çəkilməsi” kimi görünsə də, əslində bunun erməni ictimai rəyinə hesablanan plan olduğu versiyası istisna deyil: “Nemezis” mirasına hörmətlə “satqın türk” ittihamlarına qarşı “milli xətt”i unutmadıqlarını göstərir, eyni zamanda, belə “milli xətt”in davam etdirilməsinin ziyan gətirdiyini – hava məkanının bağlanması – də nümayiş etdirirlər; Türkiyənin cavab tədbirləri isə təkcə “Nemezis” abidəsinə görə erməniləri “ağıllandırmaq” yox, həm də sülh danışıqlarında prosesi dalana dirəyən İrəvana xəbərdarlıq etməyə hesablanıb. Və bunu həm diplomatik, həm hərbi dillə izah edirlər: Çavuşoğlunun “Nemezis”lə bağlı açıqlamasında İrəvana “Bakı ilə razılaşmayacaqları təqdirdə, Ankara ilə də əlaqə mümkün deyil” mesajı, Hulusi Akarın “Qafqaz regionu: sülh və barışıq üçün unikal imkan” adlı məqaləsində isə “sülh sazişinin imzalanmamasının hərbi addımlara zərurət yarada biləcəyi” mesajı var idi; Asif Nərimanlı - DİA.AZ Geri qayıt |