Əsas Səhifə > Dünya > Əgər Qılıncdaroğlu düz danışırsa...
Əgər Qılıncdaroğlu düz danışırsa...12-05-2023, 09:12 |
Çox adam elə düşünür ki, Kemal Kılıçdaroğlu hakimiyyətə gəlsə, Türkiyə-Rusiya münasibətləri qırılma nöqtəsinə qədər gərginləşəcək. Elə bir şey yoxdur, Türkiyə bu regionda Rusiya ilə əməkdaşlıqdan qaçmağı məqbul hesab etmir. İki ölkəni birləşdirən müştərək maraqlar var, hər iki dövlət öz siyasətlərini tarixi təcrübələrdən dərs çıxararaq formalaşdırıb və irəliyə aparıb. Bu öz yerində, Kılıçdaroğlunun Muharrem İncenin prezidentliyə namizədlikdən geri çəkilməsindən sonra Rusiyanı ittiham etməsi isə məntiqi fikir doğurur. 1. Əgər Kılıçdaroğlunun dediyi kimi, şantaj videolarının arxasında Rusiya dayanırsa, o zaman diqqət AKP-yə yönəlir. Yəni, AKP iqtidarının Rusiya ilə əlaqələrdə yüksək səviyyəli əməkdaşlığa üstünlük verməsi Moskvanı gözündə Ankaranın çəkisini qaldırır. Əgər Kılıçdaroğlu düz danışırsa (?) onda İnceyə qarşı kampaniyanın təlimatçısının kim olduğu görünür. Buradan məntiqi bir sonluq çıxır: İncenin geri çəkilməsi Rəcəb Tayyib Ərdoğanın seçki mənafeyinə uyğundur. 2. Kılıçdaroğlu düz danışmırsa, o zaman Rusiya amilini ortaya atmaqla CHP-nin kumpas qurmaqdakı əməlini ört-basdır etməyə və Qərbdən daha güclü dəstək almağa çalışır. Yaxşı, Rusiya amilini kənara qoyaq, İncenin geri çəkilməsi əsas rəqiblərdən kimin xeyrinə yarayır? Hesab edirəm ki, Ərdoğan bir qədər yumşaq və soyuqqanlı tövr sərgilədi, məncə, bu, onun seçki texnologiyasının bir komponenti idi... Aqşin Kərimov - DİA.AZ Geri qayıt |