Əsas Səhifə > Dünya > İncə və Oğanın ÇİZƏCƏYİ MƏNZƏRƏ...
İncə və Oğanın ÇİZƏCƏYİ MƏNZƏRƏ...15-05-2023, 17:48 |
Türkiyədə prezident seçkilərinin II tura qaldığı rəsmən açıqlandı: - Bir tərəfdə 21 illik iqtidarlıq dövrünə, iqtisadi problemlərə və zəlzələnin yaratdığı dağıntılara rəğmən parlamenti qazanan, rəqibini 4 faiz fərqlə geridə qoyan Ərdoğan var; - Bir tərəfdə HDP (Yaşıl Sol) də daxil olmaqla 7 partiyanın birləşərək çıxardığı, iqtidara gəlmək üçün fürsətlərin geniş olmasına rəğmən 45 faizə yaxın səs toplayan Kılıçdaroğlu var; 28 mayda keçiriləcək seçkilərdə iki namizədin əsas mübarizəsi Sinan Oğanın 5 faiz və İncənin tərəfdarlarının səsi uğrunda olacaq; Türkiyə bu seçkilərlə bütün dünyaya demokratik seçki nümunəsi də sərgilədi. Seçkinin ikinci tura qalmasını həm də Ərdoğan “seçkini saxtalaşdırdı” iddiaları, bu iddialar üzərində manipulyativ addımların atılmasına şəraitin yaranmaması baxımından müsbət də qiymətləndirilə bilər. Asif Nərimanlı - DİA.AZ Geri qayıt |