Əsas Səhifə > Dünya > Əfqanıstan İranın sütunlarını laxlatmağa girişən ilk ölkə olacaq?

Əfqanıstan İranın sütunlarını laxlatmağa girişən ilk ölkə olacaq?


29-05-2023, 07:51
Əfqanıstan İranın sütunlarını laxlatmağa girişən ilk ölkə olacaq?
İran-Əfqanıstan sərhədində döyüşlər gedir. Taliban İrana müharibə elan edib. Taliban döyüşçüləri bəzi məntəqələrdə sərhədi keçiblər, hər iki tərəfdən itkilər var. Döyüşlər sərhəd ərazisindən keçən çaya nəzarət uğrunda gedir. İran prezidenti İbrahim Rəisi bu ayın əvvəlindəki açıqlamasında Talibanı xəbərdar etmişdi ki, Əfqanıstan Hilmənd çayına iddia etməsin. Yəni münaqişənin fitilini yandıran İbrahim Rəisi olub. Taliban ABŞ ordusunu Əfqanıstana tərkə məcbur edən silahlı gücdür, İrandan çəkinəcək halı yoxdur. Taliban lideri İranı bu sözlərlə hədələyib: “Gücümüzü sınamayın, Tehrana qədər gəlib çıxarıq”. İranla Taliban arasında döyüşlər davam edərsə mövcud vəziyyət bölgəyə də təsirsiz ötüşməyəcək.

Elxan Şahinoğlu - DİA.AZ

Geri qayıt