Əsas Səhifə > Dünya > İranın erməni iyi verən layihələri təhlükədə

İranın erməni iyi verən layihələri təhlükədə


1-06-2023, 10:51
İranın erməni iyi verən layihələri təhlükədə
İranla Əfqanıstan arasındakı gərginlik harda baş verir, bilirsinizmi? – Hindistan-İran-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa maşrutunun başlanğıc nöqtəsində.
Məlum olduğu kimi, Hindistanı Avropa ilə birləşdirən bu layihə Hindistanın müxtəlif limanlarından İranın Çabahar limanına yük daşınmasını, ordan Zəngəzur üzərindən Ermənistana keçirilməsini və marşrut üzrə nəql olunmasını nəzərdə tutur. Marşrutun kilid nöqtəsi olan Çabahar limanı isə İran-Əfqanistan gərginliyinin get-gedə artdığı Sistan-Belucistan vilayətindədir. Vilayət əhalisinin böyük hissəsi sünnidir və İranda ayrıseçkiliyə məruz qalır. Üstəlik, həmin vilayətdə 10 milyondan çox əfqan mühacir yaşayır. Düzdür, İran həmin mühacirlər arasından seçdiyi adamlar hesabına özünün Fatimeyyun terror dəstəsini meydana gətirib. Amma İranın bu siyasətinin bütün mühacirlər tərəfindən xoş qarşılandığını da söyləmək çətindir.
Sistan-Belucistan həm də Orta Asiyadan və İrandan Hindistana nəql olunan neft və qaz kəmərlərinin də keçdiyi əsas məkan olaraq tanınır.
Vilayət İranın su sarıdan ən çox əziyyət çəkən bölgəsidir. Sistan-Belucistanın əsas su qaynağı Hilmend çayıdır. Əfqanlar isə bu çayın suyu ilə öz yeni tikilən su anbarlarını doldururlar. Böyük ehtimalla həmin su anbarları Hindistan və Pakistanın ayırdığı kreditlər hesabına tikilir. Nəticədə 1973-cü ildə Əfqanıstanla bağlanan müqavilə ilə İrana verilməsi nəzərdə tutulan suyun cəmi 4%-i bu vilayətə axır. Bu da onsuz da şiə rejiminin repressiv və ayrıseçkili siyasətindən narazı qalan vilayət insanlarını daha da aqressivləşdirir. Bir sözlə, gərginliyin başlıca səbəbi İrandakı belucları rejimə qarşı ayağa qaldırmaqdır.
Ah, İran, İran, sənin erməni iyi verən layihələrin hələ başına çox oyunlar gətirəcək.
Heydər OĞUZ - DİA.AZ

İranın erməni iyi verən layihələri təhlükədə

Geri qayıt