Əsas Səhifə > Dünya > Lukaşenko rejiminə silahlı müqavimət: Belarusda üsyan ehtimalı

Lukaşenko rejiminə silahlı müqavimət: Belarusda üsyan ehtimalı


3-06-2023, 08:40
Lukaşenko rejiminə silahlı müqavimət: Belarusda üsyan ehtimalı
Polşa generalı, müdafiə nazirinin keçmiş müavini Valdemar Skrzıpçak deyib ki, Polşa Belarusda mümkün hərbi qarşıdurmaya hazır olmalıdır. Bu, mediada fəal şəkildə müzakirə olunur. Ancaq orijinal mənbəyə - Polşa generalının birbaşa sitatına müraciət etsək, bu belə səslənir: "Ukraynanın əks-hücum əməliyyatı uğurla başa çatarsa, o zaman Ukrayna ordusunun döyüş potensialının payını təşkil edən Belarus birləşmələri çox güman ki, silahlarını yerə qoymayacaqlar. Və onlar Belarusa daxil ola bilərlər. Ümid edirəm ki, bu, Belarusda üsyana səbəb olacaq və Lukaşenko bundan qorxur”.

Belarusdakı real vəziyyət haqqında qənaətə gəlmək üçün bir neçə tezis verəcəyəm.

Bir nömrəli tezis – Lukaşenko əhalinin təxminən 35%-nin güclü dəstəyinə malikdir. Belarus müxalifətinin fəal hissəsi bir qədər kiçik, lakin təxminən eyni dəstəyə malikdir və bir neçə qrup arasında eroziyaya məruz qalır. Və hər iki tərəfdə məyus olan kifayət qədər böyük bir qrup var.

İkinci tezis: hətta silahlı üsyan haqqında deyil, kütləvi etirazların başlaması haqqında fərziyyələr etsəniz, Belarusda hər gün həbslərin sayının ən azı on olduğunu xatırlamaq lazımdır. Söhbət hər gün üçün 10-dan çox siyasi həbsdən gedir. Yəni elə bu dəqiqə böyük ehtimalla Belarusda kimsə saxlanılır. Bundan əlavə, dinc etirazların potensialı son dərəcə aşağıdır: bəzi insanlar xaricdə yaşayır, bəziləri həbsdədir.

Üçüncüsü, bu cür etirazların nəticəsi məsələsidir. Belarusda yaxşı qurulmuş izləmə sistemi var. Söhbət internetdə izləmədən gedir. Yəni sosial şəbəkələrdə bəyənmə və şərhlər tam nəzarətdədir, vətəndaşlar arasında təhlükəsiz ünsiyyət mümkün deyil. Eləcə də, kənar nəzarət mövcuddur.

Sizə bir misal deyim: bu yaxınlarda Ukraynada Daxili İşlər Nazirliyi Kiyevdə və onun ətraflarında baş verənlərə nəzarət sistemini gücləndirdiyini və bu məqsədlə 500 kamera quraşdırıldığını bildirdi. Necə ki, bu, onlayn şəkildə vəziyyətə nəzarət etməyə imkan verir. Halbuki, bir il əvvəl təkcə Belarusun Qrodno vilayətinin mərkəzində 2 minə yaxın kamera quraşdırılıb. Paytaxt Minskdə 5 minə yaxın kamera var. Ölkə üzrə bütün kameralar sifətin avtomatik tanınması ilə bir sistemdə birləşdirilib. Yəni insanları belə kameralarda izləmək asandır. Və bu cür vəziyyətdə suala özünüz cavab verin (Belarusda yaşayan bir insanın nöqteyi-nəzərindən): "Küçələrə çıxmağa dəyərmi? Nə üçün və niyə?".

Lakin bütün bunlar o demək deyil ki, Belarusda müqavimət yoxdur. Müqavimət var, oradadır, heç yerə yoxa çıxmayıb. Bəziləri Ukrayna ərazisində döyüşmək üçün gəlməyə çalışırlar, çünki belaruslar Ukrayna ordusunda könüllülərin sayına görə TOP-3-dədirlər. Amma belaruslar üçün bunun birtərəfli yol olduğunu xatırlamağa dəyər. Axı Gürcüstandan və ya Polşadan olan könüllü vətənə qayıda bilsə də, belaruslar bunu edə bilməz. Həmin insanlar üçün bu, şüurlu bir seçimdir.

Belarus müqavimətinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinə gəlincə, nəzərə almaq lazımdır ki, yeni Belarus müxalifətinin siyasi hissəsi var və onlar Qərb dünyasının müvafiq mövqeyinin formalaşdırılması yolu ilə siyasi tramplin əldə etməyə ümid edir. Digər tərəfdən, döyüşə hazır olan, o cümlədən əlində silah, ümidlərini həqiqətən təsir edə biləcək belaruslardan ibarət strukturlara bağlayanlar var. Yəni ki, onlar müəyyən qonşu dövlətlərin dəstəyinə arxalana bilərlər, amma prioritet yenə də xalqın dəstəyidir. O zaman ilk hesablamanı müqavimətçilər aparmalıdırlar.

Müəllif: İqor Tışkeviç - Ukrayna Gələcək İnstitutunun politoloqu.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur

Geri qayıt