Əsas Səhifə > Dünya > “Kadırovçular” “Vaqner”ə qarşı və ya Putindən sonrakı Rusiya uğrunda mübarizə

“Kadırovçular” “Vaqner”ə qarşı və ya Putindən sonrakı Rusiya uğrunda mübarizə


4-06-2023, 06:31
“Kadırovçular” “Vaqner”ə qarşı və ya Putindən sonrakı Rusiya uğrunda mübarizə
Keçmiş situasiya müttəfiqləri – “Kadırovçular” və “Vaqner” arasında münaqişə bu yaxınlarda ictimaiyyətə sızdı və böyük maraq doğurdu. Məsələ burasındadır ki, bu yaxınlarda “Vaqner” hərbi şirkətinin lideri Yevgeni Priqojinin ona kifayət qədər silah verilməsə, Baxmutu tərk edəcəyi ilə bağlı açıqlamalarından sonra Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan etdi ki, o zaman dərhal Baxmuta gedəcək. Və hər şeyə orada qərar verəcək. Eyni zamanda, sonuncu Priqojini "böyük qardaş" adlandırdı. Ancaq indi deyəsən, artıq heç kim bu “iyerarxiyaya” əməl etmir.

Əsasən, əvvəllər onları Rusiya ordusuna, konkret desək, Şoyquya və Gerasimova qarşı birgə çıxmaları birləşdirirdi. Və onlar "korporasiyaların" daxili rus mübarizəsində gələcəkdə əməkdaşlığa hazır idilər. Çünki onların müvafiq resursu və ambisiyaları var. Rusiya Federasiyasının hərbi quruluşuna qarşı bu "müxalifət" kifayət qədər xaotik və rəngarəng idi, lakin az-çox birləşə bilmişdilər. Rus hərbi blogerləri, eyni zamanda, Girkin, Kadırov və Priqojin - hər biri öz nöqteyi-nəzərindən, lakin bir səslə - Şoyqu klanını nüfuzdan salaraq çökdürdü. Lakin indi Rusiya Federasiyasında daxili böhran dərinləşməyə başlayıb. Ona görə də hətta belə situasiya müttəfiqləri arasında da ziddiyyətlər və münaqişələr yaranmağa başlayıb.

Açığı, söhbət Putindən sonrakı Rusiyadan gedir. Yeri gəlmişkən, bu “Putindən sonra Rusiya” Putinin Kremldə olduğu müddətdə də baş verə bilər. Bu yeni reallığın konturları getdikcə aydınlaşır və müxtəlif qrupların avtonomlaşması hər hansı simpatiyadan və ya informasiya kampaniyasından asılı olmayaraq, kifayət qədər kortəbii şəkildə baş versə də, onun müəyyən məntiqi var – rəqabət tamamilə təbiidir.

Rusiya Federasiyasında bu və ya digər şəkildə Putinyönlü çoxluğun formalaşması ictimai konsensus əsasında baş verdi. Əvvəlcə bu, çeçen konsensusu idi. Putin çeçen elitasının bir hissəsini öz tərəfinə çəkə bildi və cəmiyyətdə kövrək sülh yarandı. Sonra Krım konsensusu gəldi... Lakin Ukraynadakı döyüş meydanında bütün problemlər, xüsusən də ruslarla çeçenlər arasında illərdir susdurulmuş problemlər daha da böyüdü.

Rusların çeçenlərlə, “kadırovçular”la çoxlu haqq-hesabı var. Axı sonunculara "jandarm" rolu verildi, lakin “Vaqner” həqiqətən döyüşməli, səngərlərdə oturmalı və hücumlara getməli idilər.

Eyni zamanda, qeyd etmək yerinə düşər ki, bu münaqişənin rəsmiləşdirilməsi prosesi təkcə ictimai deyil, artıq ideoloji müstəvidə gedir. Bunu mediada tez-tez görünməyən, lakin indi nədənsə ortaya çıxan Dmitri Utkinin (Rusiya xüsusi təyinatlılarının ehtiyatda olan polkovnik-leytenantı, “Vaqner”in ilk komandirlərindən biri) fiquru sübut edə bilər. O, “kadırovçular”a çeçen müharibələrindəki təcrübəsini xatırladan sərt bəyanat verdi. O, Priqojindən fərqli olaraq, sabit və müəyyən ideologiyası olan bir insandır. Bu, Priqojinin özünün Rusiya Federasiyasının ictimai məkanında mövqeyinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Xatırladım ki, indiyədək “Vaqner” rəhbəri Priqojin Rusiya cəmiyyətində döyüşməyi bilən və real işlər görən əsl insan kimi tanınırdı. Amma siyasi fiqur kimi ideologiyası yox idi. Bu da onun siyasi xadim kimi formalaşması üçün kifayət etmədi. İndi Kadırov və “kadırovçular”la münaqişə Rusiya siyasətinin fenomeni kimi, belə demək mümkünsə, Priqojini ideoloji mövqeləşdirməyə doğru sövq edir.

Düşünürəm ki, onun “Rusiya ruslar üçün” kimi rus etnik millətçiliyinə keçməsi və orada özünə tərəfdar axtarması məntiqli olardı. Rusiya Federasiyasındakı bu sahə indi boşdur. Axı Krımdan sonra imperiya kimliyi hakim olmağa başladı və rus etnik millətçiliyi özünü kənarda tapdı. İndi bu, Rusiyada ideoloji qarşıdurmanın canlanma nöqtəsinə çevrilə bilər...

Rusiya Federasiyasında Rusiya təhlükəsizlik qüvvələri, ordusu və çeçenlər arasında qarşılıqlı nifrətin olması çoxdan məlumdur. Lakin əvvəllər bu, Putinin özünün legitimlik resursu ilə qarışdırılırdı. O, ya Şoyqu ilə ova gedə bilərdi, ya da Kadırovla ev sahibi ola bilərdi. Bu legitimlik Putinə tarazlıq imkanı verdi. Amma indi hamı başa düşür ki, Putin uduzdu. Ona görə də onun qarşısında qalan yeganə variant hamının ona qarşı birləşməsinin qarşısını almaq üçün ziddiyyətlərdən istifadə etməkdir. Beləliklə, çətin ki, Kreml “Vaqner”lə “kadırovçular” arasında münaqişələri yatırtmağı öhdəsinə götürsün. Daha doğrusu, müşahidə edəcək, lazım olan anda odun üzərinə benzin atacaq. Yəni ki, aqressiv təbəqələr bir-birini udsun və hamısı birləşib mərkəzi hökumətə hücum etməsin.

Müəllif: Maksim Rozumnı – Ukrayna siyasi elmlər doktoru.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Geri qayıt