Əsas Səhifə > Dünya > İmamoğlu bundan sonra nə edəcək... nə etməlidir?
İmamoğlu bundan sonra nə edəcək... nə etməlidir?8-06-2023, 11:31 |
İmamoğlu hədəfini açıq bəyan etdi CHP lideri olmaq, Kılıcdaroğlunu əvəzləmək. Onun başqa yolu da yoxdur. Ya CHP sədrliiyni ələ keçirmək, ya da növbəti bələdiyyə seçkilərində məğlub olmaq... Bu məğlubiyyət də onun qarşıdakı hədəflərinə çatmaqda ciddi maneə olacaq. Sekiöncəsi kampaniyada aktiv iştirakı zatən buna hesablanmışdı. Nəhayətində İmamoğlu dünən net şəkildə CHP sədri olmaq iddiasını ortaya qoydu. Bəyan etdi ki, baş verənlər özünütənqid və hesablaşma tələb edir:"Təəssüf ki, 9 ildə üç seçkidə məğlub olduq. Prezident seçkilərində məğlub olduq. Bu seçkilərdən sonra eyni səhvinə yol verə bilmərik. Ona görə də bu prosesi ən yüksək səviyyədə araşdırmaq lazımdır. Dəyişiklik tələb etmək üçün ən güclü mövqedəyəm. Hamımız bilirik ki, dəyişiklik təkcə idarə heyətinin və ya komitənin dəyişməsi ilə baş verməyəcək. Dəyişikliyə ehtiyacı mən demirəm, cəmiyyət deyir. İnsanlar bunu istəyir. Qulağını tıxayıb yola getmək mümkün deyil. Qulağımız açıq olmalı, cəmiyyətin bütün təbəqələrini dinləməliyik və hər bir təbəqənin nə istədiyini anlamalıyıq". CHP sədri olmaqla bağlı sualı cavablandıran İmamoğlu bildirib ki, ideallarım naminə hər bir məsələdə iştirak etməkdən çəkinməmişəm, çəkinmirəm. "Mən bundan sonra da demokratiyanın əsgəri olacağam. Prosesi izləyirəm". İmamoğlu iddiasını ortaya qoydu, görək Kılıcdaroğlu və CHP-də illərlə öz komfort həyatını təmin edən partiya oturuşmuş məmur sistemi necə, bununla razılaşacaqmı? Yenilik etməyə razı olacaqmı? Bir də qarşıdan bələdiyyə seçkiləri gəlir və vaxt azdır. Çatdıra biləcəkmi? Odur ki, İmamoğlunu ağır bir savaş gözləyir. Əgər CHP-də yaxın bir neçə ay ərzində dəyişiklik baş verməzsə, o zaman partiyada dəyişiklik ancaq bələdiyyə seçkilərindən sonraya qalacaq. Bu isə İmamoğlu üçün vaxt itkisi olacaq. Əgər İmamoğlu yenidən İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədliyini irəli sürsə qazana bilməyəcək və bunu özü də yaxşı bilir. Onun CHP-də qısa zamanda çevriliş etməsinin əsas hədəflərindən biri də elə budur. Mürtəza BÜNYADLI - DİA.AZ Geri qayıt |