Əsas Səhifə > Dünya > Türkiyə və İran: Böyük savaş gözlənilir?

Türkiyə və İran: Böyük savaş gözlənilir?


13-06-2023, 11:02
Türkiyə və İran: Böyük savaş gözlənilir?
Sosial şəbəkələrdə İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf və “Əmmar” Strateji Düşərgə Şurasının rəhbəri Mehdi Taebə aid olduğu bildirilən səs yazısı yazılıb. Səs yazısında Taeblə Qalibafın Türkiyə ordusunu və onun hərbi qüdrətini müzakirə etdikləri məlum olur. Yaxın Şərqdə, hansısa bölgədə Türkiyə ilə qarşıdurma yaranarsa, yanacaq idxal olunan limanın raketlə vurulması tövsiyə olunur. Türkiyəyə məxsus hərbi texnikaların yanacaq probleminin olması vurğulanır. Hətta "tanklar daş kömürlə işləmir ki?" tipli aşağılayıcı yanaşma ilə türk ordusunun gücü görməzdən gəlinir. Qeyd edək ki, “Əmmar” 2008-ci il seçkilərindən sonra “yumşaq müharibə” (təbliğat savaşı) ilə məşğul olmaq üçün yaradılıb.
DİA.AZ bildirir ki, politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında sosial şəbəkədə yayılan səslərin real olmadığını düşünür. Analitik vurğulayıb ki, nəzəri baxımdan, Türkiyə ordusu İran ordusundan daha böyük və güclüdür: "İran hərbi texnikası qədimdən qalmadır. Türkiyə isə NATO ölkəsi olaraq, ən yeni silahlara malikdir. Digər tərəfdən, İran hərbi əməliyyatlara başlayacağı təqdirdə, bir neçə dövlətin cavabı ilə qarşılaşacaq. Xüsusən Pakistan, Türkiyə və İsrail birlikdə Tehrana zərbələr endirə bilər. Bu hadisələrdə Qərb ölkələrinin hansı səviyyədə iştirak edəcəyini demək qəlizdir. Lakin ABŞ-nin İrana dənizdən zərbə vurmaq üçün kifayət qədər gücü var. İran ordusu raket sistemləri və PUA-lara aktiv fəaliyyət göstərən bir modelə sahibdir. Ancaq bu model Türkiyə ordusuna təsir edə bilməz. Türkiyənin ortaya qoyduğu güc istənilən həmləni dəf etmək iqtidarındadır. İran Türkiyəyə qarşı addım atarsa, Rusiya və KTMT-dən kömək istəyə bilməz. İran hakimiyyətində hələ də belə hesab edirlər ki, hərbi-siyasi təhdidlər Türkiyəni xarici siyasətini Tehranla razılaşdırmağa vadar edə bilər. Lakin bu, daha çox daxili auditoriyaya hesablanmış “sızma”lardır. İki ölkə arasında böyük savaş gözləmirəm. İran o qədər də sadəlövh dövlət deyil".

Geri qayıt