Əsas Səhifə > Dünya > Əks hücumda YENİ İSTİQAMƏT...

Əks hücumda YENİ İSTİQAMƏT...


16-06-2023, 08:22
Əks hücumda YENİ İSTİQAMƏT...
DİA.AZ: - Ukrayna silahlı qüvvələri bir neçə saat əvvəl Yeni Kaxovkaya qoşun yeritməyə cəhd edib. DİA.AZ bildirir ki, əks-hücum əməliyyatları başlayandan bəri bu, Ukrayna ordusunun hücuma keçdiyi yeni istiqamətdir. Bildiyimiz kimi, Rusiya Ukraynanın hücum sahəsini daraltmaq üçün Kaxovka SES-i partlatmış, Yeni Kaxovkadan Qara dənizə qədər geniş əraziləri su altında buraxmışdı. Güman olunurdu ki, bu təxribat Ukrayna ordusunun Herson istiqamətindən hücumlarını hardasa 1 ay dayandıracaq və rus işğalçıları əsasən şimal və şimal-qərb istiqamətindən gələn zərbələri daha rahat qarşılayacaq. Yeni Kaxovkadan başlayan hücum su daşqınlarının yaratdığı müvəqqəti problemlərin artıq geridə qaldığına işarədir.
Ukrayna Müdafiə nazirinin müavini Anna Malyarın bildirdiyinə görə, ukraynalılar bu gün (artıq dünən) əsasən 3 istiqamətdə (Baxmut, Berdnyansk və Mariupol) hücumlarını davam etdirib və bunların hər birində ən azı 1 km. irəliləyiblər. "Tədricən, amma qətiyyətli şəkildə irəliləyirik", - deyən Malyar qeyd edib: "Qoşunlarımız düşmənin güclü müqaviməti, insan sayı və silah üstünlüyü ilə mübarizə aparır. Düşmən var gücü ilə qoşunlarımızın irəliləməsinin qarşısını almağa çalışır. Eyni zamanda, bir neçə istiqamətdə hücum davam edir, müdafiəçilərimiz düşmənə xeyli itkilər verdirirlər".

***

Bəzi hərbi analitiklər Ukrayna ordusunun əlindəki silah gücünün yalnız 30-40%-ni indiki əks hücum əməliyyatlarında istiadə etdiyini bildirirlər. Onların fikrincə, bu həm də göstərir ki, əsl hücum tamamilə başqa istiqamətdən başlaya bilər. Ukrayna indiyədək qısa məsəfəli irəliləyişlə sadəcə rusları özünə çəkərək əsas döyüş xəttini boşaltmağa çalışırlar.
Yeni Kaxovkada başlayan son hücum həmin istiqamət ola bilərmi? Fikrimcə, bəli, ola bilər. Zira Ukraynanın əsl hədəfi Krım olduğundan, Yeni Kaxovkadan sğzügedən yarımadaya çıxmaq daha asandır və bu amil Xerson istiqamətinin əhəmiyyətini artırır.

Fariz MƏHƏRRƏMLİ - DİA.AZ

Geri qayıt