Əsas Səhifə > Dünya > Rusiya Ermənistanda Putinin layihəsinin icrasına başlayır

Rusiya Ermənistanda Putinin layihəsinin icrasına başlayır


19-06-2023, 10:12
Rusiya Ermənistanda Putinin layihəsinin icrasına başlayır
"Ermənistanda açılması planlaşdırılan rus məktəbləri ən yüksək təhsil standartlarına cavab verəcək".
Bunu Sputnik Ermənistan-a müsahibəsində Rusiya Prezidentinin Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsinin rəhbəri İqor Maslov deyib.

O qeyd edib ki, məktəblərlə bağlı layihənin yekun tarixi hələ müəyyən edilməyib. Lakin məsələ müxtəlif instansiyalarda, o cümlədən ən yüksək səviyyədə fəal müzakirə olunur. Mövzu Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə də müzakirə olunub.

"Bu, yeni prezident layihəsidir. Biz bir il öncə Tacikistanda 5 rus məktəbi açdıq, Qırğızıstanla isə doqquz məktəbin açılması haqqında müqavilə imzalanıb. Ümid edirik ki, ən müasir, Ermənistanın xüsusiyyətlərinə, qanunvericiliyinə anlayış və dərin hörmətlə yanaşılacaq təhsil layihələrini həyata keçirməyə imkan verəcək formanı tapa biləcəyik”, - Maslov qeyd edib.

O həmçinin xatırladıb ki, "Biz Tacikistanda belə rus məktəblərində olmuşuq. Bütün bunları gördükdən sonra bütün diplomlarımı yerə qoyub orada birinci sinfə getmək istəyirəm”.

Onun sözlərinə görə, Ermənistanda rus məktəblərinin açılması gənclər üçün imkanları genişləndirəcək. Bu həm də xalqlar arasında dostluğun möhkəmləndirilməsi istiqamətində daha bir mühüm addım olacaq.

Söhbət müasir təhsil metodlarını tətbiq edəcək ultra müasir, hər şeylə tam təchiz olunmuş məktəblərin tikilməsindən gedir.

Layihəni hazırlayanlar kifayət qədər iddialıdırlar və onun həyata keçirilməsi asan da deyil. Çünki məktəb və ona aid binalar 2,5-3 hektar ərazidə tikiləcək. Bu məktəbin biri 1200 nəfər üçün nəzərdə tutulub. Bundan əlavə, hər məktəb üçün iki hovuz və futbol meydançalarının da tikilməsi planlaşdırılır.

AzVision.az

Geri qayıt