Əsas Səhifə > Dünya > ABŞ Ermənistandan nə tələb edir?
ABŞ Ermənistandan nə tələb edir?24-06-2023, 00:55 |
ABŞ Paşinyan hakimiyyətindən Ermənistanın ərazisindən keçən kommunikasiyaların Rusiyanın nəzarətinə verilməməsini tələb edir. Ermənistanın “İravunk” qəzetində qeyd olunur ki, hazırda ABŞ-ın tanınmış beyin mərkəzlərində Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılması prosesləri ilə bağlı ciddi tədqiqatlar aparılır. Qəzetinin məlumatına görə, Vaşinqtonda hesab edirlər ki, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyaların, xüsusilə Naxçıvan-Mehri-İcəvan-Horadiz dəmir yolu xəttinin Rusiyanın nəzarətinə keçməsi Cənubi Qafqazda ABŞ üçün ciddi məğlubiyyət demək olacaq. “İravunk” qəzetində bu məsələ ilə bağlı iddialar müəyyən mənada doğru hesab oluna bilər. Çünki iyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri arasında üçtərəfli görüşün keçirilməsindən sonra Ermənistan hakimiyyəti nəqliyyat kommunikasiyaların öz yurisdiksiya altında olmasını tərəddüd edir. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə şərhində qeyd edib ki, ABŞ hər vəchlə Rusiyanı Ermənistandan çıxarmağa çalışır: “Ümumiyyətlə, Moskva çalışır ki, Zəngəzur dəhlizi, xüsusilə dəmiryol xətti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən nəzarət edilsin. Lakin bu məsələdə Rusiya və Ermənistan arasında ciddi fikir ayrılıqları yaşanır. Artıq bu siyasi böhrana çevrilib. Düzdür, üçtərəfli 10 noyabr Bəyanatının 9-cu maddəsində Rusiyanın adı hallanır. Yəni, bu maddədə qeyd olunur ki, Ermənistan ərazisində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasındakı regional kommunikasiyaların təhlükəsizliyini birbaşa Rusiya Federal Təhlükəsizlik Xidməti təmin edəcək. Amma Ermənistan ərazisindəki kommunikasiyaların rus hərbçilərinin nəzarəti altında olmasına qarşı çıxır. Onu da bilirik ki, Ermənistan öz ərazisindən heç bir dəhliz vermir. İrəvan yalnız nəqliyyat kommunikasiyasının açılmasına razıdır. Azərbaycanın özü də buna etiraz etmir. O ki qaldı İrəvanın bu məsələ ilə bağlı tərəddüdlərinin birbaşa ABŞ-ın təzyiqləri ilə bağlı olmasına, məhz Vaşinqton Rusiyanın Ermənistanda daha da möhkəmləsini istəmir. Bunu öz gesosiyasi maraqları üçün təhlükə kimi görür. ABŞ-da, eləcə də Avropada hesab edirlər ki, Şərq-Qərb dəhlizinin bir komponenti olan Zəngəzur yoluna Rusiyanın nəzarəti etməsi regionda qeyri-stabiliyin davam etməsinə təkan verəcək. Hesab edirəm ki, ABŞ-ın təlimatları əsasında Paşinyan hakimiyyəti ölkə ərazisindən keçən kommunikasiyalara Rusiyanın nəzarət etməsinə imkan verməyəcək. Azərbaycanın bu məsələyə münasibətinə gəlincə, rəsmi Bakı da Rusiyanın regionda daimi qalmasında maraqlı deyil”. Geri qayıt |