Əsas Səhifə > Dünya > Nüfuzlu dərgi Rusiyanın parçalanacığını ANONS ETDİ
Nüfuzlu dərgi Rusiyanın parçalanacığını ANONS ETDİ30-06-2023, 09:08 |
DİA.AZ: - Üz qabığındakı şəkilləri ilə proqnozlar verən və əksər hallarda bu proqnozları tutan London mərkəzli "The Economist" jurnalının son sayı Putinin çat-çat olmuş sifətinin rəsmi ilə dərc olunub. DİA.AZ bildirir ki, şəkilin üzərində isə maraqlı bir şərh yazılıb: "Vladimir Putinin alçaldılması". Bununla bağlı incə məqamlara içşarə edən ekspertlərdən biri dia-az.life-a ilginc açıqkama verib. Siyasi şərhçi Azər Fikətoğlu qeyd edib: "Hesab edirəm ki, burada Putinin sifəti əslində Rusiyanı təmsil edir. Şəkilin anlamı isə Rusiyanın xeyli hissəyə bölünməsidir. Belə anlaşılır ki, dünyanın güc mərkəzləri Rusiya barədə son qərarlarını veriblər: parçalanmaq. Bu zamana qədər anqlosakson ittifaq ən böyük nüvə dövləti olduğunu və təbii sərvətlərinin dənizə çıxışının olmadığını nəzərə alıb Rusiyanın parçalanmasını istəmirdilər. İndi isə deyəsən vəziyyət dəyişilib". Geri qayıt |