Əsas Səhifə > Dünya > Zaporojye AES-lə bağlı məkrli plan:

Zaporojye AES-lə bağlı məkrli plan:


6-07-2023, 08:11
Zaporojye AES-lə bağlı məkrli plan:
“France24”ün efirində MAQATE-nin baş direktoru Rafael Qrossi Zaporojye AES-də partlayıcı maddələr və minalanmış əraziləri, orada rus maşınlarını görmədiyini bildirib. Bunu rusiyalı təbliğatçılar dayanmadan tirajlayırlar. Görünür, MAQATE rusların təsiri altında qalıb. Paralel olaraq, düşmən müxtəlif informasiya platformalarında fəal şəkildə kampaniya aparırlar ki, guya “Ukraynanın addımları nəticəsində AES-də nüvə fəlakəti yaranıb və bunun qarşısını almağa” çalışırlar.

Bu, sadəcə sinizm deyil, sinizmdən də artıq bir şeydir. Amma biz bu tipik informasiya müharibəsində qalib gəlməliyik. Xüsusilə, nəzərə alsaq ki, təəssüf ki, Kaxovka uğrunda döyüşdə məğlub olduq. Tərəfdaşlarımız bu faciənin qarşısını ala bilmədiklərini sübut etdilər. Üstəlik, biz aylarla əmin olduq ki, “ruslar öz xalqına və işğal etdikləri ərazilərə zərər verməyəcəklər, bu, məntiqli deyil”. Amma gördük ki, onlar hər şeyi edirlər.

Ancaq indiyə qədər hər kəs sadə bir həqiqəti dərk etməli idi - ruslar məntiqli davranmırlar. Onlar Ukrayna və ukraynalılara maksimum zərər və ağrı vermək istəyi də daxil olmaqla, tamamilə fərqli motivləri rəhbər tuturlar. Hətta bunun nəticəsində “öz adamları” əziyyət çəksə belə.

AES ətrafındakı acınacaqlı vəziyyətlə bağlı indi nə etməliyik?

İlk növbədə, bütün səfirliklərimiz, xüsusən də dünyanın əsas paytaxtlarında, Rusiya Federasiyasının Ukrayna qanunvericiliyinə, AES-in 5-ci blokunun soyuq saxlanılması ilə bağlı tələblərinə əməl etmədiyini gündəlik olaraq bildirməlidir. Ukrayna tənzimləyicisinin qərarı iyunun 8-də verilib.

Uyğunsuzluq sayğacı olmalıdır. 5-ci blokun soyuq saxlanılması ilə bağlı qərarının yerinə yetirilməməsinin iyirmi altıncı günüdür. Axı bu, Rusiyanın sözügedən blokda qəza yaratmaq üçün mümkün addımlarından xəbər verir. Bütün tərəfdaşlarımız və beynəlxalq media bu barədə hər gün məlumatlandırılmalıdır.

Bu, həm də elə edilməlidir ki, fəlakətdən sonra ilk 48 saat ərzində ABŞ və Avropanın informasiya məkanında hökmranlıq edən Kaxovka ilə bağlı məlumatlardakı vəziyyət təkrarlanmasın. “Ukrayna Rusiyanı stansiyanı partlatmaqda günahlandırır, ruslar isə ukraynalıları günahlandırır” kimi informasiya axını olmamalıdır.

Biz hər gün tərəfdaşlarımızın diqqətini həm Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatlarına, həm də MAQATE-nin AES-dəki minalarla bağlı bəyanatlarına yönəltməliyik.

Biz həm də tərəfdaşlarımızdan fəal olmalarını tələb etməliyik. Sadə sözlə desək, əgər Rusiya Federasiyası nüvə fəlakəti yaratmağa qərar verərsə, o zaman faciəyə görə təcavüzkarı cəzalandırmaq üçün addımlar aydın şəkildə müəyyən edilməli, razılaşdırılmalı və ictimaiyyətə çatdırılmalıdır.

Bundan əlavə, taktiki nüvə silahının tətbiqi ilə ölçü və nəticələri ilə müqayisə olunmayacaq fəlakətin mümkün miqyasını nəzərə alaraq, tərəfdaşlarımız öz “qırmızı xətləri”nə nüvə fəlakəti də əlavə etməlidirlər. Axı əslində Rusiya Kaxovska SES-i partlatdıqda həmin “qırmızı xətləri” keçiblər - bu günə olan məlumata görə, məhv zonası taktiki nüvə silahlarının istifadəsi ilə müqayisədə artıq böyük miqyasdadır və bu vəziyyət nüvə silahının istifadəsi ilə müqayisə edilə bilər. Faktiki olaraq kütləvi qırğın silahlarının törədə biləcəyi faciə törədilib.

Rusiya Federasiyası bu dəhşətli fəlakətə görə hələ də cəzalandırılmayıb. Düşməni daha güclü və dəhşətli faciənin variantlarını nəzərdən keçirməyə sövq edən də budur. Partnyorlarımız nəhayət, ayılmalı və bunun qarşısını almaq üçün fəal hərəkət etməlidirlər.

Və əgər Allah eləməsin, AES-də fəlakət baş verərsə, məğlubiyyətin ərazisindən və coğrafiyasından asılı olmayaraq, tərəfdaşlar "Ukraynanın səmasını bağlamaq" qərarına gəlməlidirlər - hərbi təyyarələr Ukraynanı və özlərini nüvə terrorçusundan qorumalıdır.

Fəaliyyət üçün digər variantlar, “daha ​​bir cəhənnəm sanksiyaları” yalnız düşməni gücləndirəcək və onu daha dəhşətli hərəkətlərə sövq edəcək.

Müəllif: Viktoriya Voytsitska – Ukrayna Qələbəsi Beynəlxalq Mərkəzinin rəhbəri.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur

Geri qayıt