Əsas Səhifə > Dünya > Putinin Priqojinə bərk ehtiyacı var...
Putinin Priqojinə bərk ehtiyacı var...10-07-2023, 17:48 |
Kreml Putinin Priqojini qəbul etdiyi və “Vaqner” komandirləri ilə 3 saatlıq görüş keçirdiyini təsdiq edib, halbuki, onları “xain” elan etmiş və “sürgün”ə göndərmişdi. Bununla Putinin “geri addım” atdığı görünür və qiyamçıların “bağışlanması” səbəbsiz də deyil: - Ukraynada müharibənin getdiyi vaxt “Vaqner”ə ehtiyacı var; - “Vaqner” Afrika ölkələrində Rusiyanın planlarını icra edir; - Bu muzdlu döyüşçülərin nəzarətdən çıxması Rusiya daxilində Putinə qarşı cəbhənin genişlənməsi ilə nəticələnə bilər; Lakin gözlənildiyi kimi, Priqojin və dəstəsinin qiyamı Putinin devrilməsi ilə nəticələnmir, əksinə, onlar yenidən “çarın” hüzuruna çıxmağa can atır. Məhz bu Priqojin-Şoyqu qarşıdurmasının əvvəldən Putinin özü tərəfindən “idarə olunduğu” ehtimalını gücləndirən amildir: tərəfləri döyüşdürür, “hakim” rolunda daim özündən asılı vəziyyətə salır və hakimiyyətini qoruyur; Mümkündür ki, “Vaqner”ə Ukrayna müharibəsində yeni missiya tapşırılsın, bu, daha çox təxribat hücumları ilə bağlı ola bilər. Asif Nərimanlı - DİA.AZ Geri qayıt |