Əsas Səhifə > Dünya > Axı niyə Ərdoğan belə etdi?..
Axı niyə Ərdoğan belə etdi?..11-07-2023, 09:19 |
Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Ukraynanın “Azov” qruplaşmasının komanda heyətini niyə Ankaraya səfər edən ukraynalı həmkarı Volodimir Zelenskiyə təhvil verdi, axı Rusiya ilə razılaşmaya görə onlar müharibə bitənə qədər Türkiyədə qalmalı idilər? Bu sual hər 3 ölkədə - Türkiyədə, Ukraynada və ən çox da Rusiyada müzakirə edilir. Bu sualın iki cavab variantı səslənib: 1.Türkiyə Cumhurbaşqanı ukraynalı döyüşçüləri ölkələrinə qaytarmaqla NATO-nun zirvə toplantısı ərəfəsində Ankaranın İsveçin təşkilata üzvlüyünün əleyhinə olmasıyla bağlı ona edilən təzyiqləri neytrallaşdırmaq istəyib; 2.Türkiyə Cumhurbaşqanının ukraynalı döyüşçüləri sərbəst buraxması Rusiya prezidenti Vladimir Putinin Ərdoğanın böyük səyi nəticəsində qəbul edilən “taxıl anlaşmasını” uzatmayacağı eyhamlarına cavabdır. Daha çox müzakirə edilən bu iki cavab variantına ikisini də əlavə etmək olar: 3.Rusiya-Ukrayna müharibəsinin sonu görünmədiyinə görə Ərdoğan ukraynalı döyüşçüləri əbədiyyətə qədər “girov” saxlamağın doğru olmadığı qənaətinə gəlib; 4.Ərdoğan Putinlə tərəfdaşlığın davamında maraqlı olsa da, Kreml sahibinin sonunda həm siyasi, həm də hərbi məğlubiyyətlə üzləşəcəyini proqnozlaşdırmağa başlayıb. Elxan Şahinoğlu - DİA.AZ Geri qayıt |