Əsas Səhifə > Dünya > Almatıda Aleksandr Nevskinin atlı abidəsi açılıb

Almatıda Aleksandr Nevskinin atlı abidəsi açılıb


14-07-2023, 08:09
Almatıda Aleksandr Nevskinin atlı abidəsi açılıb
Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski Qazaxıstanın Almatı şəhərində Aleksandr Nevskinin 5 metr hündürlüyündə atlı heykəlinin açılışını edib.

Abidə sərkərdənin adını daşıyan pravoslav məbədinin həyətində açılıb.

DİA.AZ-ın məlumatına görə, "Sota" teleqram kanalı bildirir ki, Qazaxıstanın tarixi və mədəni abidələrin qorunması üzrə komitəsi bu heykəlin şəhərdə qoyulmasından üç dəfə imtina etmişdi.

Nəticədə heykəli kilsənin həyətində yerləşdiriblər, çünki bunun üçün xüsusi icazə tələb olunmurdu.

Putinin açılış mərasimi üçün yazdığı məktubda abidənin açılması “Qazaxıstan və Rusiyanın mənəvi və mədəni həyatında böyük hadisə” adlandırılır.

Abidə böyük postamentdən və atlı fiqurundan ibarətdir. Bu abidədə Nevskinin əlində müqəddəs Məryəmin ikonası var.

Abidənin müəllifi heykəltəraş Salavat Şerbakovdur.

Ötən həftə onun hazırladığı Dostoyevski abidəsinin Kaluqa vilayətindəki kişi monastırının ərazisində açılışı olub.

Tədbirin anonsunda deyilirdi ki, Nevskiyə abidənin açılışına Moskva və bütün Rusiyanın patriarxı Kirill “xeyir-dua” və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “xoşməramlı razılıq” verib.

Bu abidənin eskiz layihəsini Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev “bəyənmiş və təsdiq” etmişdi.

Geri qayıt