Əsas Səhifə > Dünya > Gizli planın izləri: "Vaqner”in Belarusdakı fəaliyyəti nə qədər təhlükəlidir?

Gizli planın izləri: "Vaqner”in Belarusdakı fəaliyyəti nə qədər təhlükəlidir?


22-07-2023, 08:24
Gizli planın izləri: "Vaqner”in Belarusdakı fəaliyyəti nə qədər təhlükəlidir?
“Vaqner” muzdlu hərbi şirkətinin lideri Yevgeni Priqojin Belarusda döyüşçüləri ilə danışdı və muzdluların müvəqqəti olaraq bu ölkədə qalacağını, sonra isə ya Afrikaya, ya da Ukraynadakı müharibəyə qayıdacaqları ehtimalını söylədi. Bu günə qədər "Vaqner”in yeddi bölməsi Belarusa gəlib və ümumilikdə bu, 3 min nəfərə qədər döyüşçü deməkdir. Onların sözdə keyfiyyət tərkibi haqqında danışmaq çətindir, çünki bu, bölmələrə veriləcək vəzifələrdən asılı olacaq.

Nəzərə alsaq ki, 2021-2022-ci illərdə biz Belarusda - "məşqlərdə" xeyli böyük rus hərbi kontingentini gördük - Ukrayna üçün bu cür təhlükədən danışmağa dəyməz. Onların sayı Ukraynaya hücum etmək üçün kifayət deyil. Bəs onlardan bir neçə diversiya-kəşfiyyat qrupu yaradıb Ukrayna ərazisinə atmaq mümkündürmü? Mən buna həqiqətən inanmıram, amma istisna da edə bilmərik.

Onlar da nə vaxtsa dəyişdirilə və Belarus sərhədindən keçərək Avropaya keçə biləcək miqrantların arxasına sıza bilərlər. Yəni ki, "Vaqner” döyüşçülərini miqrant adı ilə Avropaya göndərə bilərlər ki, onlar Avropaya ziyan vura bilsinlər. Litva və Latviya prezidentləri artıq belə bir təhlükə ilə bağlı müvafiq bəyanatlar veriblər, çünki bu, onların ölkələri üçün təhlükə yaradır.

Qaldı ki “Vaqner”in “döyüş təcrübəsi”ni belaruslara ötürülməsinə... Bu günlərdə Belarus televiziyasında “Vaqner” döyüşçülərinin orada ərazi müdafiəsini öyrətdikləri göstərildi. Müdafiə təlimi ilə bir neçə muzdlu cinayətkar təlimatçı məşğul olurdu. Yəni diqqəti yayındırmaq üçün çəkilmiş bir şəkildir. Məsələn, "Vaqner” Belarusda nə edir? - Təlim keçirir.

Lakin burada diqqət yetirmək lazımdır ki, əgər “döyüş təcrübəsi”ndən danışırıqsa, niyə “Vaqner” nizami döyüşü yox, ərazi müdafiəsini öyrədirlər? Yəni xüsusi hazırlıqdan söhbət getmir. Onlar belə bir şey etmirlər. Yaxud eləsələr, reklam olunmur.

Təbii ki, bütün bu prosesdən Lukaşenko maksimum yararlanmağa çalışır. Amma çətin ki, musiqini Lukaşenko sifariş edir. Xatırlamağa dəyər: Lukaşenkonu qorumaq Kremlə sərfəlidirsə, onlar bunu “Vaqner”in köməyi ilə edə bilərlər –şəxsən Lukaşenkonu və onun yaxın çevrəsini, yaxud bəzi kritik obyektləri mühafizə altına ala bilərlər. Lakin Kreml Lukaşenkonu və ya onun komandasını məhv etmək əmrini versə, “Vaqner” bunu heç şübhəsiz yerinə yetirəcək. Çünki onların heç bir qanuni öhdəlikləri və məhdudiyyətləri yoxdur. Üstəlik, belə şeylərə görə yaxşı maaş alırlar. Eyni zamanda, “qiyam”a qədər onlar birbaşa Kreml tərəfindən maliyyələşdirilirdi. Ondan sonra isə “Vaqner” üçün kritik vəziyyət görmədik. Nəinki onlar məhv edilib, Priqojinin Rusiyada bəzi firmalarla müqavilələrini yeniləyiblər. Yəni öz adamlarına yenidən pul qazandırmağa imkan verirlər.

Anlamaq lazımdır ki, “Vaqner” Rusiya silahlı qüvvələrinin bir hissəsi olmasa da, hələ də Kremlin hibrid alətidir. Yəni öz aralarında nə qədər savaşsalar da, yenə də “rus dünyasının” əsgərləridirlər. Onların təhlükəsini və fəaliyyətini qiymətləndirməmək olmaz.

Müəllif: Yaroslav Çernoqor - "Ukrayna Prizması" Analitik Mərkəzinin Rusiya və Belarus proqramının direktoru.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur

Geri qayıt