Əsas Səhifə > Dünya > �?Sarkozi mənə dedi ki, bunu imzalamasanız ruslar sabah Tbilisidə olacaqlar’
�?Sarkozi mənə dedi ki, bunu imzalamasanız ruslar sabah Tbilisidə olacaqlar’9-08-2023, 08:17 |
Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili avqustun 8-də 2008-ci ilin Rusiya-Gürcüstan münaqişəsində həlak olmuş gürcü hərbçilərin Muxatqverdu qəbirstanlığındakı məzarlarına əklil düzüblər. Gürcüstan hökumətinin başçısı 2008-ci il hadisələrinin 15-ci ildönümü günündə deyib ki, “əgər keçmiş ali baş komandan Mixeil Saakaşvilinin məsuliyyətsizliyi olmasaydı, bu müharibə baş verməyə bilərdi”: "Biz əsgərlərimizin qəhrəmanlığı fonunda guya təyyarədən qaçan rüsvayçı ali baş komandanımızın qalstuk çeynəməsinin və torpaqda sürünməsinin şahidi olduq”. Qaribaşvili iddia edib ki, 2008-ci ildə Gürcüstana “antixalq hökuməti” başçılıq edirdi. Onun sözlərinə görə həmin hakimiyyət əhalini qoruya və həmin şəraitdə Rusiyanın növbəti addımlarını hesablaya bilməyib. Hər halda Rusiyanı təcavüzkar adlandırıb Qaribaşvili əmin olduğunu bildirib ki, Gürcüstanın ərazi bütövlüyü dinc yolla bərpa ediləcək. Bununla yanaşı baş nazir çıxışında Rusiyanı “təcavüzkar” adlandırıb: “Bizim başlıca vəzifəmiz bu işğalın başa çatdırılmasıdır. Rusiyanın işğalçı və təvavüzkar olduğunu biz çoxdan bilirdik və bunu bütün dünya da bilir”. Gürcüstan parlamentinin spikeri Papuaşvili 2008-ci ilin 5 günlük müharibəsi dövründə onun fikrincə Qərbin Rusiya təcavüzünə qeyri-adekvat reaksiyasından söz açıb: "Rusiyaya qarşı sanksiyalar qoymaq əvəzinə Qərb Gürcüstana müdafiə silahlarının verilməsinə embarqo qoymuşdu. Kimsə Moskva ilə münasibətlərini yenidən qurur, kimsə də Baltik dənizinin dibi ilə qaz boru kəməri çəkirdi”. ABŞ və Almaniyanın ovaxtkı reaksiyasını tənqid edən spiker deyib ki, məhz belə münasibət Rusiyanın Ukraynada indiki müharibəsi ilə nəticələnib. Saakaşvili də 2008-ci il müharibəsindən yazıb Novosti-Qruziya agentliyi xəbər verir ki, bu arada həbsdə olan Gürcüstan prezidenti Mixeil Saakaşvili də 2008-ci ilin hadisələri barədə yazıb. O 2008-ci ildə Fransa prezidenti Nikolya Sarkozinin imzalanmaq üçün Tbilisiyə gətirdiyi atəşkəs razılaşmasından bəhs edib. Saakaşvilinin Facebook-da yazmasına görə Sarkozi bu sənədin imzalanması üçün onu xeyli dilə tutmalı olub. Sarkozi o vaxt deyirmiş: “Əgər siz bunu imzalamasanız, ruslar sabah Tbilisidə olacaqlar. Putin sizi öldürmək qətiyyətindədir. Mən qoşun göndərə bilmərəm və Buş da bunu etməyəcək”. Abxaziya və Cənubi Osetiyanın statusu Saakaşvili daha sonra belə davam edir: “Lex Kaçinski biləndə ki, bizi belə bir razılaşmaya təhrik edirlər, görüşə qoşulmaq istədi, amma Fransa tərəfi buna razılaşmadı”. Keçmiş prezidentin sözlərinə görə atəşkəs razılaşmasında Moskvanın təklif etdiyi bənd problemli idi. Bu bənddə bildirilirdi ki, Cənubi Osetiya və Abxaziyanın statusu gələcək beynəlxalq danışıqlarda razılaşdırılmalıdır: “Bu o demək idi ki, biz praktik olaraq öz əlimizlə Gürcüstan ərazilərindən və Gürcüstanın ərazi bütövlyündən imtina etməli idik...Sarkozi bir neçə saat məni inandırmağa çalışdı. Nəhayət o yenidən Moskvaya – Medvedevə zəng etdi və Rusiya tərəfi sözü gedən bəndin üzərində israr etməməyə razılıq verdi...Amma son nəticədə Moskva atəşkəs razılaşmasını yerinə yetirməkdən imtina etdi”. //Azadlıq Radiosu// Geri qayıt |