Əsas Səhifə > Dünya > Nüvə silahı ilə hədələnmə qorxuludur, yoxsa onun yayılması?
Nüvə silahı ilə hədələnmə qorxuludur, yoxsa onun yayılması?14-08-2023, 09:32 |
Rusiya və Çin Qərbə qarşı birləşiblər. Qərb mətbuatında Pekinin Rusiyaya siyasi və hərbi dəstəyini artmasıyla bağlı məqalələrin sayı çoxalıb. Rusiya və Çin “nüvə silahlarının yayılmaması haqqında müqavilənin” son Vyana toplantısında AUKUS birliyinə (Avstraliya, Böyük Britaniya və ABŞ) qarşı ortaq hesabat yayımlayıblar. Hesabat müəlliflərinin qənaətinə görə, AUKUS birliyi nüvə silahlarının yayılmaması müqaviləsinə ziddir. Hesabatı Rusiya və Çinin ekspertləri birgə hazırlayıblar. Pekin və Moskvanın iddia etdiyi “zərərin” nədən ibarət olduğu aydınlaşmayıb. Ona qalsa Qəb ölkələri də Rusiya və Çinin iştirakçısı olduğu müxtəlif birlikləri nüvə silahının yayılmaması müqaviləsinə zidd olduğunu vurğulaya bilərlər. AUKUS biliyi 2021-ci ilin sentyabr ayında formalaşıb. AUKUS birliyi 3 ölkə - Avstraliya, Böyük Britaniya və ABŞ arasında hərbi əməkdaşlığın genişlənməsini hədəfləyib. Bu birlik Çini narahat edir. Çünki birliyin əsas məqsədi Çinin bölgədə artan hərbi gücünə qarşı adekvat addımlar atmaqdır. Rusiya sadəcə, strateji tərəfdaşı Çini dəstəkləmək məqsədilə birliyə qarşı hesabata imza atıb. Böyük Britaniya və ABŞ Avstraliyaya sualtı atom gəmilərinin inşasında dəstək verirlər. Pekini qorxudan da budur. Çindən fərqli olaraq Avstraliyanın nüvə silahı yoxdur. Ancaq Avstaliya qonşu Çinin okenlarda artan hərbi faəllığından narahatdır. Ona görə də Avstraliya Böyük Britaniya və ABŞ-la birgə hərbi dəniz donanmasını gücləndirməyə qərar verib. Avtrsliyanın 2027-ci ildən başlayaraq bir neçə atom sualtı gəmisi olacaq. Bu məqsədlə Avstraliya sahillərində hərbi məqsədlər üçün limanlar da tikiləcək. Rusiya və Çin hesab edirlər ki, nüvə dövlətləri olan Böyük Britaniya və ABŞ bu texnologiyaları Avstraliya ilə bölüşməklə “nüvə silahlarının yayılmaması barədə müqaviləyə” zidd hərəkət edirlər. Pekin və Moskvanın qənaətinə görə, Vaşinqton və Londonun Avstraliya üçün inşa etdirəcəkləri atom sualtı gəmiləri gələcəkdə fərqli məqsədlər üçün istifadə olunacaq. Yəni Rusiya və Çin iddia edirlər ki, Avstraliya əldə etdiyi texnologiyalar vasitəsilə nüvə silahının istehsalına başlayacaq. Eyni məntiqlə Rusiyanın müxtəlif ölkələrdə inşa etdiyi atom elektrik stansiyalarından da sonrakı mərhələdə nüvə silahı əldə etmək mümkündür. Digər tərəfdən Rusiya rəsmilərinin “Ukraynaya qarşı nüvə silahından istifadə edə bilərik” açıqlamaları nüvə silahının yayılmasından daha qorxuludur. “Atlas” Araşdırmalar Mərkəzi - DİA.AZ Geri qayıt |