Əsas Səhifə > Dünya > Kremlin “Priqojin planı” baş tutdu
Kremlin “Priqojin planı” baş tutdu26-08-2023, 08:42 |
Avqustun 23-də axşam saatlarında Rusiya Federasiyasının Tver vilayətində göyərtəsində "Vaqner” komandiri Dmitri Utkin və şəxsən "Vaqner" rəhbəri Yevgeni Priqojin də daxil olmaqla, 10 nəfərin olduğu təyyarə qəzaya uğradı. Onun yarımçıq üsyandan sonra xilas olmayacağı aydın idi. Nəticə budur. Onunla birlikdə üsyanda birbaşa iştirak edənlərin hamısı, o cümlədən Dmitri Utkin də öldü. Putini zəif göstərdilər, onun tək adam imicini darmadağın etdilər və ona bir müddət vaxt verdilər. Və Putindən gözlənilən cavab gəldi. Bundan sonra "Vaqner" zəifləyəcəkmi? Bir təşkilat olaraq, bəlkə də, hə. Rusiya xarici siyasətinin aləti kimi - yox. İndi bu cinayətkar dəstəni sındırmaq və “Vaqner”ə nəzarəti ələ keçirmək daha asan olacaq. Artıq iki aydır ki, Kreml bunu etməyə çalışırdı. Priqojin gözdən çıxarılmışdı, çünki ona artıq ehtiyac yox idi. Bəlkə də Yevgeni yenə hansısa demarş hazırlayırdı, kim bilir. Hər halda “Vaqner”in fəaliyyətinə son qoyuldu demək olmaz. Bu hadisə mənə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds xüsusi təyinatlı bölməsinin komandiri, general Qasım Süleymaninin öldürülməsini xatırladır. Bu elit qüvvələri onun ölümündən sonra yoxa çıxdılarmı? Yox. İranın Süleymani olmadan xaricdə fəaliyyət göstərmək qabiliyyəti kəskin şəkildə zəifləyibmi? Yox. Bəli, bəzi bölmələr daha pis işləməyə başladı, axı onun şəxsiyyəti üstün idi və təşkilatçılıq qabiliyyəti var idi. Amma fəlakət baş vermədi, digər şəxslər tez bir zamanda qurumu nəzarətə götürdülər. Və ya başqa bir misal. Suriyada bir çox əsas döyüşlərdə öz adını çəkən yarı muxtar elit birliklər olan "Pələng Qüvvələri" var idi. Təbii ki, onlar üsyan qaldırmadılar, lakin çox məşhur oldular. Xüsusən də onların komandiri general Suqeyl əl-Hassan və ruslar onlara qarışdı. Nəticədə heç bir qətl hadisəsi baş vermədi, amma məntiq eynidir: general mümkün qədər uzaqlaşdırıldı, zabitlər dəyişdirildi, dəstələrin adı dəyişdirilərək Suriya Silahlı Qüvvələrinin 25-ci diviziyası və orduya inteqrasiya olundu. Düşünürəm ki, “Vaqner”lə bağlı da belə olacaq. Priqojindən bir müqəddəs düzəldəcəklər, “Vaqner” bir növ “rebrendinqdən” keçəcək və dövlət strukturlarına daha da inteqrasiya olunacaq. Bunun məhz Kremlin “Priqojin planı” olduğuna şübhə yoxdur. Bu vəziyyət Rusiya Federasiyasının düşdüyü müharibə şəraitində olduqca yayğındır. Amma biz rahatlamamalıyıq. Priqojinin ölümünün təşkilatın imkanlarına və imzalanmış müqavilələrin sonrakı icrasına necə təsir edəcəyini təhlil edərkən Kiyev bir az vaxtını ayırıb Afrika ölkələrini “Vaqner”lə əməkdaşlıqdan imtina etməyə inandırmağa başlaya bilər. Müəllif: İliya Kusa - “Ukrayna Gələcəyin İnstitutu” analitik mərkəzinin beynəlxalq siyasət və Yaxın Şərq üzrə eksperti. Mənbə: UniAN Tərcümə AYNA-ya məxsusdur Geri qayıt |