Əsas Səhifə > Dünya > Ərdoğana bundan sonra daha asan olacaq...
Ərdoğana bundan sonra daha asan olacaq...27-08-2023, 06:57 |
Meral Akşener lideri olduğu İyi Partinin müxalifətin “Millet ittifaqı”ndan ayrıldığnı bəyan etdi. Akşener mitinqdəki bugünkü çıxışında bunun səbəbini açıq dilə gətirdi. Meral Akşener prezident seçkisində qələbə qazana biləcək iki namizəd – İstanbul və Ankara bələdiyyə başçılarından birinin dəstəklənməsini vacib sayarkən, ittifaqın o biri liderləri CHP lideri Kamal Kılıçdaroğlunun dəstəkləməsinin vacibliyini bildiriblər. Nəticə bəllidir. Akşenerin fikrincə, İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu və ya Ankara bələdiyyə başçısı Mənsur Yavaş asanlıqla Rəcəb Tayyib Ərdoğanı məğlub edə bilərdilər. Əlbəttə, sorğularda İmamoğlu və Yavaş Kamal Kılıçdaroğlunu qabaqlayırdılar, ancaq bu onların seçkiyə müxalifətin vahid namizəd qatılması halında qələbə çalacağı anlamına gəlmir. Bütün hallarda Kamal Kılıçdaroğlu məğlub oldu. Bu səbəbdən Meral Akşenerin Kamal Kılıçdaroğlunu “güclü namizədlərin qarşısını aldı” tənqidində haqlıdır. Akşener qərarını verdi. Gələn ilin mart ayındakı bələdiyyə seçkilərində İyi Parti öz namizədləri ilə qatılacaq. Bu o deməkdir ki, CHP-nin iki bələdiyyə başçısının yenidən qələbə çalmaq şansı azalacaq. Çünki 2019-cu il bələdiyyə seçkisində Əkrəm İmamoğlu və Mənsur Yavaş İyi Partinin dəstəyi sayəsində qələbə qazanmışdılar. Bu dəfə həmin dəstək olmayacaq. Elxan Şahinoğlu - DİA.AZ Geri qayıt |