Əsas Səhifə > Dünya > Çin oyunu və ya Pekinin ssenarisinə uyğun genişlənən BRİKS

Çin oyunu və ya Pekinin ssenarisinə uyğun genişlənən BRİKS


28-08-2023, 02:10
Çin oyunu və ya Pekinin ssenarisinə uyğun genişlənən BRİKS
Cənubi Afrikada BRİKS sammiti başa çatıb. Rusiya diktatoru Vladimir Putin zirvədən istifadə edərək qrupa daxil olan ölkələrini öz tərəfinə çəkməyə çalışsa da, hamının diqqəti qrupu genişləndirməyə və Qərb gücləri ilə qarşıdurmaya yönəlmişdi.

Bu Assosiasiyaya müxtəlif geosiyasi maraqlara malik ölkələrin cəlb olunduğunu nəzərə alsaq, BRİKS layihəsi geosiyasi hesab edilmir. Ən azından indilik. Məsələn, Hindistan bu təşkilatı Qərblə düşmənçiliyə çevirmək istəmədiyi üçün əvvəlcə yeni üzvlərin daxil olmasına qarşı idi. Yaxud qlobal miqyasda ciddi geosiyasi ambisiyaları olmayan Braziliya. Bəli, Çin hələ də rəsmi olaraq hazırkı dünya nizamının prinsiplərini dəstəkləyir və BMT Nizamnaməsində nəzərdə tutulduğu kimi, ölkələrin sərhədlərinin toxunulmazlığını və suverenliyini vacib hesab edir, qaydalarına hamı riayət etməli olduğunu düşünür.

BRİKS-ə daxil olan ölkələr Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləridir. Məhz Pekin bu ölkələrin enerji resurslarının əsas alıcısıdır. Çin 1970-ci illərdən bəri Fars körfəzindən neftin əsas idxalçısı olan ABŞ-ı bu rolda əvəzləyib.

Yəni biz iqtisadi müstəvidə müəyyən dəyişikliklər görürük və belə nəticəyə gələ bilərik ki, bu dövlətlər Çin və onun iqtisadi gücü ətrafında birləşirlər. Bir sözlə, BRİKS-ə qoşulan ölkələr Çinin geoiqtisadi təsir dairəsinə daxildir.

Onunla ticarət əlaqələri olan ölkələr yuana keçməkdə çətinlik çəkirlər. Axı onlar nefti başqa ölkələrə satırlar. Ona görə də onlar üçün hələ də dünyanın əsas valyutası olan Amerika dollarından istifadə etmək daha sərfəlidir.

Beləliklə, ümumilikdə BRİKS-in geosiyasi layihəyə çevrilməsindən danışmaq tezdir. Bununla belə, biz görürük ki, getdikcə daha çox ölkə Çini ABŞ-a alternativ (ilk növbədə əsas iqtisadi oyunçu kimi) hesab edir. Və onlar iqtisadi maraqlar prizmasından BRİKS-ə qoşulmağı düşünürlər. Məsələn, əsas payı Çinə məxsus olan BRİKS bankı vasitəsilə ucuz kreditlər əldə etmək. Demək olar ki, tədricən Çin ABŞ-a və kollektiv Qərbə, ilk növbədə, iqtisadi müstəvidə meydan oxuyur.

Müəllif: Maksim Yali - Ukrayna Siyasi Elmlər Akademiyasının akademiki.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Geri qayıt