Əsas Səhifə > Dünya > Pskova davamlı PUA hücumu niyə vacibdir?

Pskova davamlı PUA hücumu niyə vacibdir?


3-09-2023, 07:37
Pskova davamlı PUA hücumu niyə vacibdir?
Bu yaxınlarda həyata keçirilən kütləvi dron hücumu nəticəsində Rusiya altı İL-76 nəqliyyat təyyarəsini itirib. Bu İL-76-lar hansılardır? Bunlar eyni təyyarələrdir ki, Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibənin əvvəlində Kiyev və Qostomel aerodromlarına enməyə cəhd edirdi.

Onların itkisi Rusiya üçün nə deməkdir? Rusiya Federasiyasında, öz məlumatlarına görə, təxminən 110 belə təyyarə var. Bunların çox güman ki, 60-70 faizi istismara yararlıdır. Ona görə də indi cəbhə üçün Ukraynanın PUA hücumu nəticəsində itirilən təyyarələr Rusiya üçün kritik deyil. Ancaq oxşar zərbələr daima endirilərsə, 3-5 belə hücumla Rusiya nəqliyyat aviasiyası ciddi şəkildə parçalana bilər. Və bunun mənfi təsiri sonra olacaq.

Fakt budur ki, bu təyyarələr təkcə insanları daşımaq üçün istifadə edilmir. Onların müəyyən silahları da var. Yəni təcili olaraq nəyisə çatdırmaq lazım olanda sözügedən təyyarələr bunu tez bacarırlar. Amma biz bu təyyarələri məhv etməyə davam etsək, rusların belə bir fürsəti əvvəlcə azalacaq, sonra isə tamamilə yox olacaq.

Əsas diqqət yetirilməli olan odur ki, biz bu PUA-larla Rusiyanın hava hücumundan müdafiəsinin bir yox, ən azı iki-üç xəttini keçə bildik. Onların aerodromlarının bizim dronlarımıza qarşı həssas olduğunu gördük. Və bu, raketlərimizin çata bilmədiyi düşmən ərazisində (və ya müvəqqəti işğal olunmuş ərazilərdə) döyüş taktikasının dəyişdirilməsi demək ola bilər. Onların anbarlarını, ordusu üçün lazım olan hər şeyi pilotsuz təyyarələrimizlə vura biləcəyimizi yüksək qiymətləndirmək çətin olsa da, bu müharibədə dönüş nöqtəsinə çevrilə bilər.

Həm də maraqlıdır ki, PUA-nın Rusiyanın İL-76-larına hücumu bizim hava hücumlarımızın imkanlarını anlamaq üçün çox məna kəsb edirdi. Rusiya hava hücumundan müdafiəni öz ərazisindən cəbhə xəttinə keçirib. Axı bizim kəşfiyyatımız, pilotlarımız deyirlər ki, cəbhə xəttində hava hücumundan müdafiəni aşmaq çox çətindir, çünki orada çüdafiə çox sıxdır. Ancaq cəbhə xəttində hava hücumundan müdafiəni gücləndirməklə ruslar onu hətta Moskva ətrafında da zəiflətdi, aerodrom kimi digər obyektləri heç demirəm.

Hücumların artması səbəbindən hava hücumundan müdafiəni yenidən cəbhə xəttindən arxaya keçirəcəklərmi? Bunu proqnozlaşdırmaq çətindir. Amma bunu etsələr, bu, cəbhə xəttində hava hücumundan müdafiənin zəifləyəcəyi anlamına gələcək. O zaman biz oradakı təyyarələrimizdən zərbələr endirə biləcəyik (indiyə qədər bunu etmək bizim üçün son dərəcə çətin idi). Rusların gücləndirilə biləcəyi əlavə hava hücumundan müdafiə sistemlərinin olmaması da burada vacibdir. Elə buna görə də görünür ki, onlar hava hücumundan müdafiəni cəbhə xəttindən arxaya və əksinə daşıyacaqlar.

İndiyə qədər Rusiya Federasiyasının anbarlarında olan SSRİ hava hücumundan müdafiə sisteminin bir növ "tutumu" haqqında danışmaq mümkün deyil. Bəli, onlar həqiqətən Vyetnamda döyüşdükləri 75-ci kompleksi (S-75) "qazıb" çıxara bilərlər. Lakin o, müasir PUA-ların qarşısını ala bilməyəcək. Həmçinin, ruslar “Şilka” (aşağı uçan hədəflərə və yer hədəflərinə atəş açmaq üçün nəzərdə tutulmuş SSRİ özüyeriyən artilleriya qurğusu) əldə edə bilər. Lakin o, daha çox yer hədəflərinə atəş açmaq üçün pulemyot kimi istifadə olunurdu... Yəni ki, nəzəri cəhətdən mümkündür ki, ruslar sovet texnologiyasından nəsə çıxara bilsinlər, çünki onların çıxış yolu qalmayıb. Amma bu texnikalar zibildir.

Xatırlayırıq ki, ümumiyyətlə, bütün bu köhnə avadanlıq müasir tələblərə cavab vermədiyi üçün istismardan çıxarılıb. Bizim PUA-lar müasir texnologiyadır və çətin ki, onların öhdəsindən gələ bilsinlər.

Müəllif: Aleksey Getman - Hərbi analitik, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Geri qayıt