Əsas Səhifə > Dünya > ABŞ-nin Ermənistan planı: NATO-Rusiya münaqişəsinin yeni məkanı

ABŞ-nin Ermənistan planı: NATO-Rusiya münaqişəsinin yeni məkanı


16-09-2023, 07:01
ABŞ-nin Ermənistan planı: NATO-Rusiya münaqişəsinin yeni məkanı
Sentyabrın 14-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim Senatın xarici əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı keçirilən dinləmələr zamanı söylədiyi fikirləri ilə rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan arasındakı vasitəçi rolunu ciddi sarsıdıb və tərəf olduğunu sübuta yetirib.

Okeanın o tayındakı ABŞ hər zamankı kimi öz maraqları naminə bölgəyə "sülh" adı altında yeni müharibə, qan, dağıntı gətirmək niyyəti güdür. Çünki Avropa və Avrasiyada davam edən qeyri-sabitliyi bəhanə edən ABŞ Qafqaza nüfuz etmək üçün özünə zəmin yaratmaqdadır. Tarixə nəzər salsaq, görərik ki, ABŞ demokratiya adı ilə hansı ölkəyə təşrif buyurubsa, orada sulh, əmin-amanlıq olmayıb, sadəcə, qan gölünə çevirilib, dağıntılara məruz qalıb. Buna misal olaraq, İraqı göstərmək olar.

Ağıllı, gələcəyə istiqamətlənmiş uğurlu planları olan, öz əhalisini düşünən dövlətlər rəsmi Vaşinqtonun "Amerika tipli" "tərəfdaşlıq" və inkişaf yardımı" kimi vədlərinə aldanmırlar. Çünki anlayırlar ki, bu, bir ölkəni uçuruma apara bilər.

Eyni zamanda, diqqət çəkən məqam ABŞ-ın bölgəyə Ermənistan vasitəsilə nüfuz etməsi ilə bağlıdır ki, bu, artıq reallaşır və ilkin zəminlər yaradılıb.

ABŞ, həmçinin Ermənistanın məğlubiyyətini, geriləməsini region dövlətləri olan Rusiya, İran və Türkiyədə görür və bu da rəsmi İrəvanın maraqları ilə haradasa uzlaşır. Çünki Ermənistan artıq Rusiyadan istədiyini ala bilmir və ABŞ-a görə ən yaxın tərəfdaşlarından olan İrandan uzaqlaşır. Rəsmi İrəvan nə qədər də Türkiyə ilə əməkdaşlığa böyük önəm versə də, rəsmi Ankaranın Azərbaycanla qardaşlıq və dostluq münasibətləri Ermənistanın maraqlarına ziddir.

ABŞ-nin Ermənistana qarşı həddindən artıq pafoslu münasibəti regiondakı qəliz geosiyasi vəziyyəti sona çatdırmayacaq və bölgəyə sülh gətirməyəcək. Amma ABŞ-ın bu siyasət xətti Rusiyanın regiondakı əsas təsir rıçaqlarından birini aradan qaldırmağa kömək edə bilər.

Hazırda ABŞ Avropadakı müttəfiqləri ilə birlikdə "Qafqazın gələcəyində mühüm rol oynamaq istəyir". Burada sual olunur ki, bəs Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayanda, həmin ərazilərdən 700 mindən çox azərbaycanlını qovanda, 20 min insanı öldürənsdə niyə ABŞ müdaxilə etmirdi? Azərbaycanlılar soyqırımına məruz qalanda ABŞ niyə Ermənistana təzyiq göstərmirdi?
Keçirilən dinləmələrin “Dağlıq Qarabağda böhranın qiymətləndirilməsi” adlanması və ölkəmizin "etnik təmizləmə törətmək"də ittiham edilməsi ikili standartların, qərəzli yanaşmanın ən kobud nümunəsidir.
Halbuki, Azərbaycanın göndərdiyi humanitar yükdən ibarət iki TIR 18 gündür "ac ermənilər" tərəfindən Qarabağa buraxılmır. Dövlətimizin bu addımı, "humanitar böhran" nümunəsi yox, dünya və insanlıq üçün örnək bir addımdır. Bundan əlavə, Azərbaycan Qarabağdakı erməni əhalisinə ölkəmizə reinteqrasiya ilə bağlı çoxsaylı müraciətlər göndərib. Bu təkliflərin isə hələki heç biri müsbət dəyərləndirilməyib.

Əgər ABŞ həqiqətən də regionda sülhün bərqərar olmasını istəyirsə və dövlətlərin ərazi bütövlüyünə hörmət edirsə, Azərbaycanın Qarabağ bölgəsində olan 10 mindən çox qanunsuz erməni silahların oradan çıxarılması üçün hansı təzyiqi edib? Diqqət çəkən əsas məqam isə ABŞ-ın Azərbaycanla Ermənistan arasında baş verən bütün proseslərə bələd olmasıdır Bu da ABŞ-ın erməni lobbilərinin təsirinə məruz qalması məsələsinin həqiqətə uyğun olmadığını və Vaşinqtonun qəsdən Ermənistanı dəstəkləndiyini oraya qoyur. Yəqin ki, ABŞ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında qəbul etdilən dörd qətnamə ilə Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonun Ermənistanın işğalı altında olduğunu etiraf etdiyini unudub və bütün problemlərin də əslində buradan qaynaqlandığını anlamır. Əlbəttə ki, belə deyil. ABŞ sadəcə olaraq öz ambisiyaları üçün Ermənistanı məkan seçib, regiona yerləşmək istəyir. Burada əsas hədəf isə Rusiya və İrandır. Amma ABŞ-ın bu planı
digər ölkələrə- Türkiyə və İran da təhdid yaradır. Eyni zamanda, bölgədə sabitliyin təmini istiqamətində görülən işləri sıfırlayır,

Ermənistanı isə Rusiyanın əsas hədəfinə çevirir. Düzdür, Rusiya öz maraqları naminə rəsmi İrəvanı əlində vasitə olaraq saxlamağa cəhd edəcək, amma bu alınmadıqda isə növbəti NATO-Rusiya münaqişəsinin alovlandığı məkan Ermənistan olacaq. Ona görə də erməni vətəndaşları öz gələcəyi üçün hazırkı siyasət xəttini anlamalı və dövlətini bundan uzaqlaşdırmağa çalışmalı və Ermənistanı Azərbaycanla sülhə təhrik etməlidir.

Elmir Səftərov
Siyasi şərhçi
Geri qayıt