Əsas Səhifə > Dünya, Güney Press > Paşinyanın partiyası seçicilərin böyük hissəsini itirərək, "Pirr qələbəsi" qazanıb

Paşinyanın partiyası seçicilərin böyük hissəsini itirərək, "Pirr qələbəsi" qazanıb


18-09-2023, 09:08
Paşinyanın partiyası seçicilərin böyük hissəsini itirərək, "Pirr qələbəsi" qazanıb
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) İrəvanın Ağsaqqallar Şurasına (paytaxt meriyası) seçkilərdə səslərin elektron hesablanmasını başa çatdırıb, 475 seçki məntəqəsinin hamısının nəticələrinə yekun vurulub.

Bu barədə DİA.AZ “Report”a istinadən xəbər verir.

Qeyd edilir ki, baş nazir Nikol Paşinyanın rəhbəri olduğu hakim “Mülki Müqavilə” partiyası rekord səviyyədə aşağı - 28,46%-lik seçici fəallığının müşahidə edildiyi (824,250 seçicidən yalnız 234,553-ü seçki məntəqəsinə gedib) seçkilərdə “Pirr qələbəsi” (məğlubiyyətə bərabər olan qələbə-red) qazanıb. Seçicilərin 32,57%-i (75 463 səs) ona səs verib ki, bu da bu siyasi qüvvəyə Ermənistan paytaxtının merini müstəqil şəkildə seçmək imkanı vermir. Xatırladaq ki, beş il əvvəl “məxməri inqilab”dan eyforiya fonunda keçirilən paytaxt seçkilərində onun liderinin siyasi qüvvəsi 81,06% (294 109 səs) toplayıb, yəni elektorat dəstəyi xeyli azalıb.

Sentyabrın 17-də keçirilən seçkilərdə ikinci yeri siyahıya Paşinyanın keçmiş müttəfiqi Ayk Marutyanın başçılıq etdiyi, mötədil qərbyönlü fikirlərini gizlətməyən “Milli Tərəqqi” Partiyası tutub. Seçicilərin 18,89%-i (43 765 səs) “Milli Tərəqqi”yə səs verib.

Üçüncü yerdə 15,43% (35 739 səs) ilə rusiyayönlü “Ana Ermənistan” bloku qərarlaşıb. Dördüncü yeri Ermənistanın KTMT-dən çıxmasının tərəfdarı olan “Respublika” partiyası tutub. Bu partiya çox güman ki, ölkədə hakim partiya ilə koalisiya yaradacaq. Onu 11,32% (26,236) dəstəkləyib.

Qalan 9 siyasi qüvvə 5 il müddətinə seçilən İrəvan Ağsaqqallar Şurasına daxil olmayıb.

Qeyd edək ki, seçkilər kütləvi saxtakarlıqlar, qanun pozuntuları şəraitində keçib.

Geri qayıt