Əsas Səhifə > Dünya > Xankəndindan qaçan Samvel Babayan İrəvanda ikili oyunlara başladı...
Xankəndindan qaçan Samvel Babayan İrəvanda ikili oyunlara başladı...5-10-2023, 10:16 |
Azərbaycanın Qarabağ torpağından müəmmalı şəraitdə Ermənistana keçmiş separatçı-terrorçu rejimin qanunsuz “təhlükəsizlik şurası”nın sabiq katibi, 1994-cü ildə Azərbaycanla “atəşkəs”ə imza atmış o vaxtkı “müdafiə naziri” Samvel Babayan artıq İrəvanda ikili oyunlara başlayıb. DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda “Johovurd” qəzeti yazıb. Məlumata görə, Samvel Babayan Qarabağdan Ermənistana köçmüş çoxsaylı ermənilərlə görüşüb onları rusiyapərəst müxalifətin bu yaxınlarda yaradılmış “Milli Komitə”sinin” mitinqlərində iştirak etməyə çağırıb. Babayan bu addımı “Ana Ermənistan” alyansının lideri Andranik Tevanyana dəstək üçün atıb. Nəşrin etibarlı mənbələrinin məlumatına görə, Samvel Babayan Qarabağdan köçın haylara deyib ki, onlar müxalifətin mitinqlərində iştirak etməlidirlər, çünki Tevanyan “bizimdir”. Köçkünlərin çoxu Samvel Babayanın çağırışına qulaq asaraq Paşinyan hökumətin istefası tələbi ilə cəmi 2-3 gün davam edən mitinqlərdə iştirak ediblər… “Belə çıxır ki, vaxtilə Nikol Paşinyanın Xankəndindəki sözçüsü sayılan həmin Samvel Babayan ikili oyun oynayır: bir tərəfdən Nikol Paşinyanı və onun təhlükəli tezislərini müdafiə edir, digər tərəfdən isə onun istefasını tələb edən mitinqlərdə iştirak etmələri üçün Qarabağdan köçənlərə səslənir”- erməni nəşri bildirir. Andranik Tevanyan müxbirlə söhbətində deyib ki, söylənilənlər reallığa uyğun deyil. “Bu, şayiədir. Əgər belə bir şey yoxdursa, mən nə şərh edim? Bizim toplantılarımıza gəlincə, orada hamı iştirak etməlidir, o cümlədən artsax erməniləri. Çoxlu sayda artsax erməniləri həmişə bizim toplantılarımızda olub və olacaq”, - Tevanyan bildirib”,- erməni qəzeti belə yazır. Geri qayıt |