Əsas Səhifə > Dünya > İşin arxasında əgər İran dayanıbsa...

İşin arxasında əgər İran dayanıbsa...


9-10-2023, 09:33
İşin arxasında əgər İran dayanıbsa...
Əgər HƏMAS-ın hücumlarının sifarişi İrandan gəlibsə, burada üç səbəb ehtimal etmək olar:

1. Ya İran daxilində yeni sosial etirazların siqnalı olub. Bunu önləmək üçün bölgədə vəziyyət gərginləşdirilib.
2. Ya bu ölkənin başında, həqiqətən də, bir ağıllı adam yoxdur. Ki, bu odla oynamaqdır.
3. Ya Rusiyanın istəyi ilə Yaxın Şərqdə vəziyyəti gərginləşdirib Qərbin diqqətini Ukraynadan bu bölgəyə yönəltmək. Zatən, Qərbin son aylar Ukraynaya maddi və hərbi yardımında bir tərəddüd və yorulma müşahidə olunur, qarşıdan da soyuq qış ayları gəlir.

Çox güman, bu hadisə İran-İsrail müharibəsinin başlanğıcıdır.

Necə davam edəcək, bunu da hadisələrin gedişi göstərəcək.

Şəmşad AĞA - DİA.AZ

Geri qayıt