Əsas Səhifə > Dünya > İsrail-İran savaşı: QAPIDA...
İsrail-İran savaşı: QAPIDA...11-10-2023, 00:35 |
İsrail İrana zərbə endirəcəkmi? Son hadisələr fonunda ən çox səslənən suallardan biri budur. İsrail əvvəlcə Həməslə işi bitirməyə çalışacaq, sonrakı mərhələdə Həməs və Hizbullahı silahlandıran məntəqələri müəyyənləşdirib oraları vuracaq. Həmin məntəqələrin bir hissəsi Suriya, digərləri İran ərazisindədir. Deməli, İsrail həm Suriya, həm də İrana zərbələr endirəcək. Tehran bu zərbələri cavabsız qoymayacaq, müxtəlif dövlətlərdəki radikallar tərəfdarlarını İsrailə və israillilərə qarşı terror hücumlarına həvəsləndirəcək. Beləcə, toqquşmalar hələ uzun müddət davam edəcək. Bu müharibədə qalib olmayacaq, minlərlə itki və dağılan şəhərlər olacaq, beynəlxalq aləm isə yenə çarəsiz duruma düşəcək. Orxan Tuncər - DİA.AZ Geri qayıt |