Əsas Səhifə > Dünya > "Belə rəy yaranması doğrudanmı Təl Əvivin marağında idi?"

"Belə rəy yaranması doğrudanmı Təl Əvivin marağında idi?"


18-10-2023, 09:18
"Belə rəy yaranması doğrudanmı Təl Əvivin marağında idi?"
DİA.AZ: - Məlum olduğu kimi dünən gec saatlarda Qəzzada xəstəxana bombalanıb. 500-dən çox ölü var.

`"Həmas"ın qəfil hücumla İsrailə sızıb dinc sakinləri , turistləri qətl etməsi, girov götürməsi nə qədər vəhşilik idisə, bu hadisə onun qədər vəhşilikdir. "Həmas" o hərəkəti ilə müstəqil Fələstin dövləti ideyasına, Fələstin məsələsinə nə qədər zərbə vurmuşdusa, axşamkı bomba hücumu İsrailə, onun beynəlxalq imicinə bir o qədər zərbə vuracaq`. DİA.AZ bildirir ki, bunu açıqlamasında siyasi şərhçi Cəmaləddin H. Quliyev bildirib.

"Bombaların hədəfi sadəcə dinc sakinlər deyildi, illərlə çəkilmiş zəhmət, İbrahim anlaşmalarının baş tutması üçün aparılmış diplomatik iş də hədəf idi. Kimsə İbrahim oğullarının birgə dinc yaşayışının, ərəb-yəhudi sülhünün mümkün olmadığını sübut etmək istəyir. Təəssüf ki, bunu bacarır da" deyə fikrinə əlavə edən ekspert daha sonra bunları bildirib:

"Yenindən Kemp Devidə qədərki vəziyyətə dönüş. Yenidən vahid ərəb cəbhəsi hansısa addım atmazdan qabaq Kremldən, indi daha pisi Pekindən və Tehrandan gələcək göstərişləri gözləməlidir. Londonda yayımlanan bir ərəbdilli nəşrin fələstinli baş redaktorunun çıxışına baxıram. "Yeganə dostumuz İrandır",- deyir. Türkiyə yox, Səudiyyə yox, Misir yox, məhz İran.

Belə rəy yaranması doğrudanmı Təl Əvivin marağında idi? İndi sülhün mümkünlüyü üçün hansı addımlar atılacaq? Niyə bu hücum Baydenin səfəri ərəfəsi edildi? Nəhayət, Bayden və müttəfiqləri bu hücum qarşısında indi necə davranacaqlar? Yalnız sülhün taleyi deyil, ərəb dünyasının hansı qütbə itələnməsi də o reaksiyalardan asılıdır".

Geri qayıt