Əsas Səhifə > Dünya > Paşinyanın AP uğurunu Rusiya qısqanır
Paşinyanın AP uğurunu Rusiya qısqanır23-10-2023, 08:20 |
Rusiya Paşinyanın Avropa Parlamentində belə uğurlu çıxış etməsini qısqanır. DİA.AZ axar.az-a istinadla xəbər verir ki, bu sözləri “Azadlıq” radiosuna müsahibəsində Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan Baş nazir Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışına Rusiyanın reaksiyasını şərh edərkən deyib. “Görünür ki, bu çıxış Rusiyaya qarşı yönəlib, ancaq buna baxmayaraq, Ermənistan hakimiyyəti dövlət maraqlarına xidmət edir və biz təhlükəsizlik sistemimizlə bağlı tərəfdaşlarımızı, real dostluq əlaqələrini qeydə almaq istəyirik. Əgər bu kifayət etmirsə və ya reallıqdan kənara çıxarsa, biz onu qeydə alırıq və nəinki qeydə almağa, nəticələrini qəbul etməyə və həll yollarını təklif etməyə çalışırıq, çünki təhlükəsizliklə zarafat etmək olmaz”, - o bildirib. Köçəryan deyib ki, Ermənistan çox çətin vəziyyətdədir və təhlükəsizlik sisteminin idarə olunması problemi çərçivəsində bütün tərəfdaşlıqları düzgün idarə etmək lazımdır. Geri qayıt |