Əsas Səhifə > Dünya > Şərq cəbhəsində vəziyyət ağırdır: "Rusiya ordusu ciddi itkilər verir”
Şərq cəbhəsində vəziyyət ağırdır: "Rusiya ordusu ciddi itkilər verir”26-10-2023, 07:06 |
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Şərq cəbhəsindəki vəziyyət, rusların itkiləri, Ukrayna müdafiəçilərinin dözümlülüyü və cəsarəti barədə danışıb. AYNA sözügedən müsahibəni UNİAN-a istinadən təqdim edir: - Cənab general, Şərq cəbhəsində hazırda vəziyyət necədir? - Şərq Cəbhəsində vəziyyət kifayət qədər ağır olaraq qalır. Düşmən əsas səyləri Kupyanski və Baxmut istiqamətlərində cəmləşdirərək faktiki olaraq bütün zolaqda hücum əməliyyatları aparmağa davam edir. Düşmən, ilk növbədə şəxsi heyətdə ciddi itkilər verir, lakin ehtiyatları, o cümlədən Rusiya Federasiyasının ərazisindən köçürməklə onları daim bərpa edir. Təcavüzkar ordu Kupyanski meşəsi ərazisində və Orlyanskoye-Petropavlovka magistralında müdafiəmizi yarmağa çalışır, sonradan onu bloklamaq və mühasirəyə almaqla birbaşa Kupyanska çatmaq məqsədi daşıyır. Bəzi ərazilərdə düşmən artilleriya atəşinin və hava zərbələrinin intensivliyini saxlamaqla öz piyadalarının hərəkətlərini dəstəkləmək üçün zirehli texnikadan, ilk növbədə, tanklardan fəal şəkildə istifadə edir. - Ukrayna Müdafiə Qüvvələri buna necə cavab verir? - Biz aktiv müdafiəni davam etdiririk. Məqsədimiz düşmənə maksimum itki verdirmək, işğal altında olan xətləri və mövqeləri qaytarmaq, müəyyən istiqamətlərdə hücum hərəkətlərini həyata keçirməkdir. Kupyanski və Limanski istiqamətlərindəki döyüş briqadalarının məqsədi döyüş effektivliyini qorumaq və əməliyyatların səmərəliliyini artırmaq, həmçinin birləşmə və bölmə komandirlərinə döyüşün təşkilində kömək etmək məqsədi daşıyır. Briqada komandirləri, əməliyyat-taktiki qrupların rəhbərliyi və onların qərargahının zabitləri ilə görüşdə biz aktual məsələlərin əksəriyyətini, xüsusilə də düşmənin atəşlə məhv edilməsinin effektivliyinin artırılmasını, qrupun gücləndirilməsini yerindəcə həll etdik. Ehtiyatlar, logistika dəstəyi və bir çox başqa məsələləri də həll edirik. - Cəbhədə olan Ukrayna əsgərlərinin əhval-ruhiyyəsi necədir? - Təbii ki, rus işğalçıları ilə döyüşlərdə fərqlənmiş hərbi qulluqçularımızla görüşdüm, onlara göstərdikləri qəhrəmanlıq, mətanət və şücaətə görə təşəkkür etdim, onlara mükafatlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim etdim. Qarşıdan gələn qış dövrünü nəzərə alaraq, gələcək fəaliyyətlərin perspektivlərindən danışdıq. Əsgərlərimizlə, onların dözüm və cəsarəti ilə, düşmənin sayca üstünlüyü şəraitində hər gün torpaqlarımızı işğalçılardan azad edən hücum hərəkətləri etmək bacarığı ilə fəxr edirəm. Müharibə mürəkkəb və çətin yoldur, lakin biz bu yoldan övladlarımızın, onların xoşbəxt gələcəyinin, dövlətimizin qorunub saxlanması və çiçəklənməsi naminə keçməliyik. Ukraynaya şöhrət! AYNA Geri qayıt |