Əsas Səhifə > Dünya > Mahaçqalanı qarışdıran TƏFƏKKÜR...

Mahaçqalanı qarışdıran TƏFƏKKÜR...


30-10-2023, 06:34
Mahaçqalanı qarışdıran TƏFƏKKÜR...
Hazırda Mahaçqala aeroportunda baş verənlər Putinin Kremlə gəldiyi dövrdən bu ölkədə təbliğ edilən "nifrət və təcrid" siyasətinin təzahürüdür.

Sadə rusiyalılar müxtəlif motivlərlərlə spesifik nifrət psixologiyasını mənimsəyib. Homeseksuallara nifrət, Qərbə nifrət, kiçik xalqlara nifrət, demokratik azadlıqlara nifrət, yəhudilərə və qeyri-ruslara nifrət.

Təsəvvür edin ki, Kremlin çöküşündən sonra Rusiyanı necə sosial və siyasi münaqişələr gözləyir. Dəhşətli mənzərə olacaq. Nə yaxşı ki, 100 il öncə Sovet ittifaqına ayrıca dövlət kimi daxil olmuşduq, yoxsa indi Rusiyanın federativ subyektlərindən biri idik.

***

Yeri gəlmişkən, Dağıstanda Mahaçqala aeroportunda iğtişaş törədən 510 nəfərin şəxsiyyəti müəyyənləşib.

Artıq qismən səfərbərliyə təhkim edilmiş 84 nəfər də müəyyən edilib. Aralarında axtarışda olanlar da var.

İsrail mediası isə yazır ki, Təl-Əvivdən gələn təyyarənin sərnişinləri İsraildən təxliyyə edilən ruslardır...

Di gedin...

Azər Fikrətoğlu - DİA.AZ
Geri qayıt