Əsas Səhifə > Dünya > HAMAS israrlıdırsa, Netanyahu da israrlıdır

HAMAS israrlıdırsa, Netanyahu da israrlıdır


31-10-2023, 06:52
HAMAS israrlıdırsa, Netanyahu da israrlıdır
Netanyahu “indi müharibə zamanıdır” deyib atəşkəsə qarşı çıxdı və bəyan etdi ki, əsas hədəfləri Həması tarixdən silməkdir.

Hərçənd, bu müharibədə əsas zərbə sivillərə dəyir. İsrail Qəzzanı bombalamamışdan öncə mülki əhalinin cənuba köçməsi çağırışı etmişdi, çünki 30-40 min silahlı üzvü olan və yeraltı tunellərdə gizlənən Həmasa qarşı yanlız raket zərbələri ilə nəsə etmək mümkündür. Mülki əhali çıxmadı. İsrail bunu “Həmasın əhalinin çıxışına imkan verməməsi” kimi təqdim etsə də, burada iki səbəb daha çox rol oynayır.

Birincisi, əhalinin çıxması üçün az zaman verilmişdi və mülki əhali bölgəni tərk etmədən zərbələr endirildi;
İkincisi və ən əsası, fələstinlilər ikici Nakbanın (böyük fəlakət - 1948-ci ildə İsrail yarananda baş verən köç) yaşanmasından qorxur və düşünürlər ki, getsələr bir daha geri qayıda bilməyəcəklər;

İsrail Həması məhv etmək üçün Qəzzanı bombalayır, tunellərdə gizlənən qruplaşma üzvlərinin əvəzinə sivillər ölür.

Asif Nərimanlı - DİA.AZ
Geri qayıt